İnsanlara hürriyət, millətlərə istiqlal!

Yel çərşənbəsi QAR gətirdi – 30 santimetr...

1452 12.03.2024 11:38 Ölkə A A

Ötən gün axşam saatlarından Şamaxı və İsmayıllıya yağmağa başlayan qar bu saatlarda da davam edir.

Yağan qar gecə saatlarında Şamaxı və İsmayıllının dağ kəndlərində daha da intensivləşib. Qar səbəbindən Şamaxı-Pirqulu avtomobil yolunda hərəkət çətinləşib. Ən çox qar hazırda Şamaxının Dəmirçi və ətraf kəndlərində müşahidə edilir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin kənddə qarın hündürlüyü 30 santimetrə çatır.

Hazırda Şamaxının şəhər mərkəzi də daxil olmaqla, bir çox kəndlərində qarın yağması davam edir. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində avtomobillərin hərəkətində ciddi çətinlik qeydə alınmayıb.

İsmayıllının rayon mərkəzinə qar yağmasa da, bəzi kənd və qəsəbələrdə qarın hündürlüyü kifayət qədərdir. Belə ki, yerli sakinlərin sözlərinə görə, ucqar dağ kəndlərinə yağan qar bu saatlarda da davam edir. Rayonun Lahıc qəsəbəsində, Əhən, Brovdal və ətraf kəndlərdə qarın hündürlüyünün 20 santimetrə çatdığı bildirilir. (AZƏRTAC)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR