İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudilər Ermənistanı bu səbəbdən tərk edir

1322 15.09.2023 11:58 Gündəm A A

Bu ölkədə antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var

Bakı ravvini Zamir İsayev Ermənistanda yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb. “Trend” xəbər verir ki, Avropa və Amerikada ravvinlərin erməni təbliğatı ilə Azərbaycanı demonizasiyasına və Holokost mövzusundan istifadəsinə qarşı kampaniyanın təşəbbüskarı olan Bakı ravvini Zamir İsayev İrəvanda qalan son yəhudilərə videomüraciət edib.

“Bu yaxınlarda İrəvanda yaşayan bir neçə yəhudi mənimlə əlaqə saxlayaraq böyük təzyiq altında olduqlarını deyiblər. Onlar erməni təbliğatının Holokost terminologiyasından istifadəsinə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrinin ravvinlərinin təşəbbüsü ilə bağlı təhdid edilirlər.

Mənə videomüraciətimdən sonra bütün dünyada ravvinlərin etirazını dayandırmaq tələbi çatdırıldı. Xalqımızın faciəsi olan Holokostun xatirəsindən Ermənistan rəhbərliyinin öz siyasi məqsədləri üçün istifadə etməsinə qəzəblənməyə bilmirəm. Mən eyni fikirdə olan digər ravvinləri inandıra bilmirəm ki, ölən 6 milyon soydaşımızın bu şəkildə alçaldılmasına icazə vermək olmaz.

Mən hələ də Ermənistanda yaşayan bir neçə yəhudiyə müraciət edirəm ki, bu ölkəni tərk etsinlər. Əgər siz Holokost yaddaşından mənfur siyasi məqsədlər üçün istifadəni müdafiə etməyə məcbur edilirsinizsə, oradan çıxın! Elə bir ölkəyə gedin ki, yəhudilər dini baxışlarına görə təqib edilmirlər. Daha yaxşısı, yəhudilərə qardaş kimi baxılan Azərbaycana gəlin!"

Qeyd edək ki, Ermənistanda yəhudilərə qarşı hücumlar hələ 44 günlük müharibədən əvvəl başlayıb. Məsələn, İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəyə “Yəhudilərə ölüm” yazıb, bunu “erməni xalqının Azərbaycana silah satan İsrailə etirazı” kimi izah etmişdilər. Əslində Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var. Yalnız onlardan birini yada salmaq kifayətdir. Ermənilər Birinci Dünya müharibəsi dövründə guya özlərinə qarşı olan “qeyri-insani” münasibətin beynəlxalq səviyyədə tanıdılması məsələsində yəhudi xalqının soyqırıma məruz qalmasını əsas maneə kimi görürlər. 

İsrailin Azərbaycanda uzun illərdir səfirliyi fəaliyyət göstərsə də, indiyədək Ermənistanda belə bir diplomatik nümayəndəlik açmayıb. Hansı ki, Ermənistan təxminən 2000-ci illərdə Təl-Əvivdə səfirlik yaradıb. Günümüzdə İsrailin Ermənistanla əlaqələri Gürcüstandakı yəhudi səfirliyinin vasitəsilə icra edilir. Yəhudilərin Ermənistanı tərk etməsi bu iki ölkə arasında münasibətlərə necə təsir edəcək? Yəhudi lobbisi bu prosesi ermənilərin heç bir xalqla yola getmədiyi ifşasına çevirə biləcəkmi?

Aydın Mirzəzadə: "Tolstoy Azərbaycandan üzr istəməlidir"

 Aydın Mirzəzadə

YAP-çı deputat Aydın Mirzəzadə yəhudilərin həqiqətlərini gördüklərindən danışdı: “Ermənistanda millətçilik o səviyyəyə çatıb ki, ölkədə demək olar ki, ermənilərdən başqa millət yaşamır. Qalan azsaylı xalqların nümayəndələri isə təzyiqlərə məruz qalırlar, onları ermənilərin təbliğat maşınında işləməyə məcbur edirlər. Bu hadisə bugünlərdə Ermənistanda yaşayan yəhudi ailələri ilə bağlı baş verdi. Yəhudilərin tarixində Holokost deyilən çox ağır bir səhifə var. Faşist Almaniyası tərəfindən qətlə yetirilən 6 milyon yəhudini təkcə yəhudilər deyil, tərəqqipərvər bütün xalqlar xatırlayır. Ancaq Ermənistan bu gün ona qarşı həqarətlə yanaşır. Ondan özünün çirkin təbliğatı üçün istifadə etməyə çalışır. Olmayan 1915-ci il soyqırımını Holokosta bərabər tutur. Bu isə əlbəttə, ayrı-ayrı ölkələrdə yaşayan yəhudilərin, yəhudi təşkilatlarının ciddi narazılığına səbəb olur. Məhz bu səbəbdən bu gün xaricdə yaşayan yəhudi icmaları Ermənistana maraq göstərmirlər. Ermənistanda indiyə qədər İsrail səfirliyi yoxdur. Ermənilərin öz çirkin təbliğatında Holokost tarixindən istifadə etməsi yəhudilərdə böyük narazılıq doğurur. Bu baxımdan, Azərbaycanda olan Bakı ravvisinin bu müraciəti digər millətlərə olan münasibətləri xarakterizə etmək üçün çox obyektiv bir münasibətdir. Ermənistanda digər dillərdə məktəb açılmasına demək olar ki, icazə verilmir. Eyni zamanda burada digər xalqların inkişafına dövlət tərəfindən heç bir qayğı göstərilmir. Öz tarixini, mədəniyyətini qorumağa çalışan yəhudi xalqının nümayəndələri öz köklərini qorumağa çalışırlar. Maraqlısı budur ki, bakılı ravvin həmin ailələri Azərbaycana gəlməyə çağırır. Çünki ölkəmizdə digər xalqlara olduğu kimi, yəhudilərə də böyük hörmət var. Bu gün Bakıda yəhudilərin məbədi olan sinaqoq fəaliyyət göstərir. Yəhudilər üçün orta məktəb var. Azərbaycanda mütəşəkkil, çoxsaylı yəhudi icması fəaliyyət göstərir. Azərbaycan-İsrail münasibətləri bu gün ən yüksək səviyyədədir. İsrail tərəfindən yəhudilərə Azərbaycanda göstərilən münasibət çox yüksək qiymətləndirilir. Heç də təsadüfi deyil ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yəhudi diaspor təşkilatları fəal iştirak edirlər. Çünki onlar həqiqəti görürlər, xalqımızın öz tarixi torpaqları uğrunda apardığı savaşın şahidi olurlar. Çox güman ki, Ermənistanda yaşayan azsaylı yəhudi ailəsi qısa zamanda oranı tərk edəcək. Ermənistan daha bir xalqın oradan köçdüyü ölkəyə çevriləcək”.

Əhəd Məmmədli də evlənir? » "Dünya" informasiya agentliyi

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli qeyd etdi ki, tarix boyu yəhudi-erməni münasibətləri yaxşı olmayıb, gərgin keçib: “Bu iki xalq heç vaxt bir-birilərini sevməyib. Bunun obyektiv və subyektiv səbəbləri var. Ermənilər həmişə yəhudilərə qısqanclıqla yanaşıblar, onlara rəqabətdə uduzublar. Tarix boyu yəhudilər xalq olaraq ermənilərdən bir neçə baş üstün olublar. Bu da ermənilərdə yəhudilərə qarşı bir çatışmazlıq kompleksi yaradıb. Lobbi, diaspora siyasətində də yəhudilər erməniləri hər yerdə üstələyiblər. Üstəlik, qondarma və geydirmə erməni soyqırımını da dünya yəhudiliyi heç vaxt tanımayıb, qəbul etməyib. Bu məsələdə özəl və yaxın Azərbaycan-İsrail münasibətlərini də unutmamalıyıq. Azərbaycan İsraillə ən yaxşı münasibətlərdə olan müsəlman ölkəsidir. Əsrlərdir Azərbaycanda yəhudilər çox yaxşı və rahat şəkildə yaşayıblar. Azərbaycan yəhudilərin özünü ən rahat hiss etdiyi dünyada ölkə olub.

 Ermənistan özünü Cənubi Qafqazın İsraili hesab etmək istəyirdi. 44 günlük müharibədə Azərbaycan ordusu ermənilərin “ikinci İsrail” illüziyasını darmadağın etdi. Yuxarıda qeyd etdiyim kimi, ermənilər yəhudilərlə rəqabətdə həmişə məğlub olublar. Rəsmi İrəvanın yəhudilərə qarşı hər hansı bir de-marşı uğursuzluğa düçar olacaq. Onsuz da hələlik Ermənistan adlı ölkədə yəhudilər çox az yaşayırlar, bu gedişatla onlar da oranı tərk edib, dost ölkələrə, o cümlədən Azərbaycana da mühacirət edəcəklər".

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının fikrincə, Ermənistanın və ermənilərin İsrail dövlətinə nifrətinin əsasında Azərbaycanla İsrailin dostluq münasibəti durur: “Dünyanın ən güclü lobbiçiliyinə və diasporasına sahib olan İsrail dövləti uzun illərdir Azərbaycanla dostluq, ikitərəfli əməkdaşlıq, iqtisadi, siyasi, hərbi, mədəni və digər əlaqələr qurubdur. Həm də iki xalq arasında qarşılıqlı hörmət var. İsrail dövləti birmənalı şəkildə Qarabağ məsələsində Azərbaycanı müdafiə edir. İsrailin prezidenti açıq şəkildə Ermənistan prezidentinə bildirdi ki, məhz Azərbaycana görə ən müasir hərbi texnikaları Ermənistana satmırıq. Bütün bu amillər ermənilərdə yəhudilərə qarşı böyük bir qəzəb, nifrət yaradıb. Məhz Azərbaycana görə İsrail Ermənistanda səfirlik açmayıb. Zamir İsayev çox doğru çağırış edib. Yəhudilər Ermənistanda hər an təhlükə ilə üzləşə bilər. Erməni lobbisi bütün imkanları ilə çalışır ki, yəhudilərə zərbə vursunlar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR