İnsanlara hürriyət, millətlərə istiqlal!

Yediyi almaları həzm edə bilməyən inək tələf oldu - Hadisəni eşidən sahibi də infarkt keçirib öldü

1256 18.09.2022 18:02 Hadisə A A

Türkiyədə çoxlu alma yeyən inək ölüb.

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Zonquldak şəhərində baş verib.

Hadisəni görən ev sahibi Durmuş Alboğa kədərləndiyi üçün infarkt keçirib. Xəstəxanaya aparılan Alboğa dünyasını dəyişib.

Zonquldakda Durmuş Alboğa səhər saatlarında inəklərini yemləmək üçün tarlaya buraxıb. Axşam ətrafdakılar yaxınlıqdakı bağda inəklərdən birinin xəstələndiyini deyəndə, Alboğa deyilən yerə qaçıb. İnəyini xilas etməyə çalışsa da buna nail ola bilməyən Alboğa kədər içində getdiyi təxminən 100 metr aralıdakı evində yerə yıxılıb.

Qohumlarının 112 Təcili Zəng Mərkəzinə zəng edib məlumat verdikdən sonra yaşlı kişi xəstəxanaya yerləşdirilib. Təcili yardıma aparılan Alboğanın infarkt keçirdiyi müəyyən edilib. Təcili yardımla Atatürk Dövlət Xəstəxanasına aparılan Durmuş Alboğanın həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Zonguldak Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qruplarının araşdırmalarında, ölən inəyin çox alma yediyi və onu həzm edə bilmədiyi müəyyən edilib. Bağda tələf olan inək bələdiyyənin tikinti texnikası ilə dərənin kənarında qazılmış çuxurda basdırılıb.

Durmuş Alboğanın meyiti isə morqdan çıxarılaraq kənddəki evinə gətirilib. Alboğa burada qılınan cənazə namazından sonra ailə qəbiristanlığında torpağa tapşırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR