İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxınları gənc cüdoçunu öldürən şəxsin cəzasının ağırlaşdırılmasını istəyirlər - VİDEO

784 12.07.2023 15:38 Kriminal A A

Şağan Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən Ruslan Səfixanovun barəsində olan hökmdən zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.

Bu barədə “Report”a mərhum cüdoçu Turan Rüstəmovun yaxınları bildirib.

Onlar birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduqlarını deyərək, R.Səfixanovun cəzasının ağırlaşdırılmasını istəyirlər.

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov bildirib ki, hökmdən narazı qaldıqları üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfixanov 19 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR