İnsanlara hürriyət, millətlərə istiqlal!

İzmirdə Tarkanın konserti ilə bağlı araşdırma aparılır

625 24.07.2024 21:53 Şou-biznes A A

İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümündə İzmir Böyükşəhər Bələdiyyəsinin Gündoğdu meydanında təşkil etdiyi Tarkan konsertinin 24 milyona başa gəldiyi açıqlanıb.

Bələdiyyə başçısı Tunç Soyer Tarkana bunun üçün heç bir ödəniş etmədiyini deyib. Lakin Tunç Soyerin yalanı tezliklə üzə çıxıb. İzmir Böyükşəhər Bələdiyyəsinin kassasından çıxan 24 milyona yaxın lirə ilə bağlı istintaq başladılıb.

Bələdiyyənin xəzinəsindən cəmi 23 milyon 540 min lirə çıxdığı sübuta yetirilib. Hesablama Məhkəməsi müfəttişləri səhnə qurulması üçün podratçı şirkətlə 8,5 milyon lirə dəyərində əlavə müqavilə imzaladığını ortaya qoyub.

Daxili İşlər Nazirliyinin başlatdığı araşdırma çərçivəsində İzmirə gedən mülki müfəttişlərin konsertlə bağlı bütün məlumat və sənədləri müvafiq şöbədən tələb etdiyi öyrənilib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR