İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada zəlzələdə ölənlərin sayı 180 nəfərə çatıb

261 09.01.2024 09:17 Dünya A A

Yanvarın 1-də Yaponiyanın İşikava prefekturasının Noto yarımadası yaxınlığında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb.

Məlumatı İşikava prefekturasının regional hakimiyyət orqanları yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində azı 565 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ən azı 120 nəfər itkin düşüb.

Bildirilir ki, zəlzələdən zərərçəkmiş ərazilərdən təxliyə olunan 28 minə yaxın sakin təxliyə məntəqələrində qalmağa davam edir.

Mənbə: TASS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR