İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada zəlzələ zamanı itkin düşmüş 50-dən çox insan axtarılır

320 04.01.2024 09:31 Dünya A A

Yaponiyanın mərkəzi hissəsindəki İsikava prefekturasında baş verən zəlzələdən sonra 51 nəfər hələ də itkin düşmüş sayılır.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Yapon mediası Vadzima şəhərinə diqqət yetirir - Noto yarımadasındakı bu şəhərdə ən çox ölüm qeydə alınıb və əlavə olaraq, zəlzələdən bir neçə gün sonra daha altı nəfər əlaqə saxlamayıb.

Yerli administrasiya əlavə edir ki, insanların içində ola biləcəyi binaların çökməsi ilə bağlı 50 məlumat daxil olub.

“Bu axşam fəlakətdən 72 saat sonra olacaq. Sizdən mümkün qədər çox insanı xilas etmək üçün hadisə yerindəbütün səyləri birləşdirərək mümkün olan hər şeyi etməyinizi xahiş edirəm", - Yaponiyanın Baş naziri Fumio Kisida xalqa müraciətində deyib.

Bundan əvvəl Yaponiyada bir sıra güclü zəlzələlər nəticəsində 73 nəfər həlak olub, 100-dən çox insan yaralanıb, 200-dən artıq yaşayış binası, 250-dən artıq tikilməkdə olan bina dağılıb.

Yanvarın 1-də Yaponiyanın qərbində silsilə güclü zəlzələlər baş verib. Ümumilikdə iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 1885-ci ildən bəri Noto bölgəsində baş verən ən güclü zəlzələ olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR