İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb - YENİLƏNİB

1499 02.01.2024 20:00 Dünya A A

Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 55 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə bölgə rəhbərliyi bildirib.

Məlumata görə, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

Zəlzələlərin fəsadları ilə əlaqədar ölkənin İsikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.

18:18***

Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 50 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə bölgə rəhbərliyi bildirib.

Məlumata görə, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

06:02***

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 50-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Dünyasını dəyişənlərin hamısı yeraltı təkanların ən çox hiss olunduğu və ən böyük dağıntılara səbəb olduğu İsikava prefekturasının sakinləridir.

Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, 200-dən çox ev yanıb.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri bölgəyə göndərilib.

Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.

2024-01-01 23:38***
Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə güclü zəlzələlər nəticəsində İsikava prefekturasında azı 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Kyodo agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

İsikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.

Bundan başqa sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İsikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.

15:31***
Yaponiyada güclü zəlzələ nəticəsində içərisində adamlar olan ən azı 6 mənzilə ziyan dəyib.

“Report” xəbər verir ki, bu barədə Yaponiya hökumətindən bildirilib.

Məlumata görə, qurbanlar da var. Amma onların sayı hələ məlum deyil.

Qeyd olunub ki, faktlar toplanılır və dəqiqləşdirilir.

13:11***
Yaponiyanın qərbindəki İsikava prefekturasında iki güclü zəlzələ baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, ilk zəlzələ 5,7 maqnitudada, ikincisi 7,4 maqnitudada qeydə alınıb.

Ölkə ərazisində sunami təhlükəsi elan edilib.

Dağıntılar və itkilər dəqiqləşdirilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR