İnsanlara hürriyət, millətlərə istiqlal!

Yapon deputatı ittiham etdilər, nazir müavini postundan istefa verdi

336 04.08.2023 11:05 Son xəbər A A

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) üzvü Masatoşi Akimoto rüşvət işi üzrə müttəhimə çevrildikdən sonra xarici işlər nazirinin müavini vəzifəsindən istefa verib.

Musavat.com xbər verir ki, bu barədə “Kyodo” agentliyi mötəbər mənbəyə istinadən məlumat yayıb.

Hələlik bu işlə bağlı rəsmi məlumat yoxdur, lakin xəbərə görə, Akimotonun külək enerjisi şirkətindən 2,5 il ərzində ala biləcəyi 30 milyon yen (təxminən 201 min dollar) məbləğində qeyri-qanuni pul mükafatları barədə şübhələr var.

Akimoton 2018-ci ildə dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm nazirinin müavini olub. O, bərpa olunan enerji mənbələri ilə məşğul olan şirkətlər tərəfindən dəniz zonasından istifadə üçün vahid qaydaların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

“Japan Wind Development” deputata rüşvət və ya mükafat verməsi barədə iddiaları rədd edir və "obyektiv sübutlara" malik olduğunu deyir.

Bu ərəfədə Yaponiya xarici işlər nazirinin müavininin ofisində rüşvət işi üzrə axtarış aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR