İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP Medvedyevə məktub göndərmədi - Rusiya Bakının etirazlarına susur...  

1414 26.04.2023 10:19 Siyasət A A

Rusiyanın hakim partiyasının deputatları Çinin və ya İranın əleyhinə bəyanat verməyə cəsarət etmirlərsə, o zaman  Azərbaycanı niyə hədəf alırlar?

Dövlət Dumasında hakim “Vahid Rusiya” partiyasından deputat, İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin erməni xəbər agentliyinə müsahibəsində səsləndirdiyi fikirlərə Bakının etirazlarına hələ də reaksiya yoxdur. Azərbaycanın Rusiyadakı səfirliyinin notasından sonra Milli Məclisin sədri Sahibə Qafarova da Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Məktubda Dövlət Dumasının deputatının Azərbaycana qarşı ittihamedici bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib.

Məlumdur ki, “Vahid Rusiya”ya eks-prezident Dmitri Medvedyev rəhbərlik edir. Onun rəhbərliyi dövründə bu partiyaya ultra-radikal mövqeləri ilə seçilən şəxslərin soxulması da faktdır. Hakim partiyadan bu cür mövqe Azərbaycana münasibətdə ilk dəfə deyil. Dumanın hakim partiyadan olan üzvü Konstantin Zatulin dəfələrlə bu cür fikirlər səsləndirib, açıq ermənipərəst mövqe sərgiləyib.   Dövlət Dumasının “Vahid Rusiya”dan olan daha bir üzvü, milliyyətçi mövqeyi ilə seçilən Vitaliy Milonov da bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı xalqımıza qarşı təhqiramiz ifadələr səsləndirmişdi. Həmin vaxt hətta YAP Medvedyevə etiraz məktub da göndərmişdi. Belə görünür ki,  Rusiyanın təcrid vəziyyətinə  baxmayaraq, bəziləri Azərbaycan və Türkiyə kimi strateji dövlətlərə dil uzadacaq qədər sayıqlıqlarını da itiriblər.     

Yada salaq ki, 2022-ci ilin yanvarında Matveyçev Qazaxıstandakı hadisələr zamanı etiraz aksiyalarına dəstək verənlərin obyektlərini talan etməyə, onların avtomobillərini yandırmağa və arvadlarına təcavüz etməyə çağırmışdı.

Bəzi məlumatlara görə, Azərbaycan Xarici İşlər Nazirliyinin nota verdiyi ölkələr sırasında Rusiya ön sıralarda gəlir. Rusiyanın bəzi dairələri sanki qəsdən Azərbaycan-Rusiya münasibətlərini zədələmək istəyirlər. Azərbaycanı strateji müttəfiq adlandıran Rusiyanın hakim partiyasının deputatları, Kremlin media resursları zaman-zaman ölkəmizin əleyhinə bu cür açıqlamalar səsləndirməsinə səbəb nədir? YAP niyə Rusiyanın hakim partiyasına etiraz məktubu göndərmədi? Rusiyanın susqunluğunun səbəbi nədir? Oleq Matveyçevin Azərbaycan əleyhinə söylədikləri Kremlin Cənubi Qafqaza baxışındanmı irəli gəlir?

Abutalıb Səmədov: Zəngilanda aparılan bərpa-quruculuq işləri bizi  qürurlandırdı - AZƏRTAC

 Abutalıb Səmədov 

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın hakim partiyasının təmsilçilərinin Azərbaycanın maraqlarına zidd açıqlamalarla çıxış eləməsi vaxtaşırı rast gəlinən hadisədir: “Üstəlik, bu, Rusiya ilə Azərbaycan arasında 2022-ci ilin 22 fevral tarixində müttəfiqlik sazişinin imzalanmasından sonra da səngiməyib və indi də davam edir. "Vahid Rusiya"  təxminən 5-6 ay əvvəl partiyanın üzvlərinə, deputatlarına qəti göstəriş verilmişdi ki, öz mövqelərini partiyanın mövqelərinə uyğunlaşdırsınlar və bəyanatlarını partiyanın mövqeyi əsasında versinlər. Yəni əslinə qalsa, həm Oleq Matveyçevin, həm Zatulinin bəyanatı həm də Rusiyanın iqtidar partiyasının mövqeyi kimi qəbul olunmalıdır. Çünki ortada haqqında söz açdığımız sənəd var, ortada deputatlarına və partiyanın funksionerlərinə yönəlmiş tələb mövcuddur. Bu tələbin icrasını da “Vahid Rusiya”  çox ciddi şəkildə nəzarətdə saxlayır. Hər hansı deputat, xüsusilə Rusiya ilə müəyyən ciddi yaxınlıq münasibətləri olan dövlətlər əleyhinə bəyanat verə bilməz. Məsələn, hakim partiyanın heç bir deputatı Çinin, İranın əleyhinə bəyanat verməyə cəsarət eləməz. Amma nədənsə Qazaxıstan, Azərbaycan əleyhinə bu cür məsuliyyətsiz, səviyyəsiz bəyanatlar səsləndirilir. Bu vəziyyət çox böyük təəssüf yaradır. Yeni Azərbaycan Partiyası təbii ki, buna etirazını bildirməlidir. Yeni Azərbaycan Partiyasının hər hansı bir funksioneri Rusiya əleyhinə belə bəyanatlar verməyiblər və bu gün də vermirlər. Azərbaycanın hakim partiyası bu məsələdə fəal mövqe tutmalıdır. Çox təəssüf ki, bir daha etiraf eləməliyik ki, Azərbaycan əleyhinə olan bəyanatlar, açıqlamalar Rusiya hakimiyyətindəki böyük dairələrin, hakim partiyanın rəhbərliyinin mövqeyidir. Səbəblərdən biri Azərbaycanın apardığı müstəqil xarici siyasəti onların qəbul etməməsidir. Ona görə də belələrinin ağzı ilə Azərbaycana etiraz edirlər. Məqsəd Azərbaycanı müstəqil xarici siyasət mövqeyindən çəkindirməkdir. Lakin bu cür bəyanatlara rəğmən Azərbaycanın öz düzgün siyasətindən imtina etməsi qeyri-mümkündür".   

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin nota verdiyi ölkələrin başında Rusiya gəlir: "Sözdə Azərbaycanı tərəfdaş adlandıran ölkənin rəsmiləri, hakim partiyanın deputatları, Kremlin media resursları Azərbaycan əleyhinə açıqlamalara ara vermirlər, başları Ukraynada işğalçı müharibəyə qarışsa da, bizi də “unutmurlar”. Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin Azərbaycan əleyhinə söylədikləri Kremlin Cənubi Qafqaza baxışından irəli gəlir. Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Məktubda Dövlət Dumasının deputatının Azərbaycana qarşı ittihamedici bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Duma rəhbərliyinin qiymət verəcəyini zənn etmirəm, əks halda, illərdir Azərbaycan əleyhinə danışan Dövlət Dumasında digər komitə sədrinin müavini və hakim partiyanın üzvü Konstantin Zatulinə xəbərdarlıq edərdilər. Bu adam dayanmadan Azərbaycan əleyhinə danışır və kimsə ona demir ki, "Rusiyanın tərəfdaşı olan Azərbaycan əleyhinə açıqlamaları dayandırın". Çünki bəyanatları səsləndirən şəxslər hakim partiyanın, Rusiya iqtidarının Cənubi Qafqaz siyasətinin nədən ibarət olduğunu bilirlər. Rusiya həmişə Cənubi Qafqaz ölkələrinin müstəqil siyasət yürütməsinə qarşı olub. Bu istəyinə uyğun olmayan siyasət yürüdən dövlətləri ən müxtəlif yollarla sıxışdırıblar. Oleq Matveyçevin və Zatulinin məlum açıqlamaları, bəyanatları da bu qəbildəndir. Azərbaycanın hakimiyyət partiyası ilə Rusiyanın hakim partiyası arasında dostluq, əməkdaşlıq münasibətləri haqqında müqavilə mövcuddur. Yeni Azərbaycan Partiyasının bu baxımdan Vahid Rusiya Partiyasına etiraz etmək haqqı var. Lakin Milli Məclisin sədrinin məktubuna hələ də cavab verilməməsi onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasından da məktub ünvanlayacağı halda da reaksiya olmayacaq. Ola bilsin ki, hakim partiyanın deputatı olan Milli Məclisin sədri Rusiya Dövlət Dumasının sədrinə məktub göndərdiyi üçün Azərbaycan tərəfi bununla kifayətlənib".

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR