İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP-ın yeni siyahısında adları olan və olmayan deputatlar- SİYAHI

5626 17.07.2024 12:20 Siyasət A A

VI çağırış Milli Məclisin deputatı olmuş YAP üzvlərindən namizədlikləri yenidən irəli sürülən şəxslərdən bəzilərinin adları məlum olub.

Musavat.com bildirir ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin adları müəyyənləşib. Onların arasında Tahir Mirkişili, Ziyafət Əsgərov, Azər Badamov, Kamil Cəfərov, Nurlan Həsənov, Musa Quliyev, İmamverdi İsmayılov, Rəşad Mahmudovun adları var.

YAP İdarə Heyətinin üzvü Musa Quliyevin sözlərinə görə hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın adı siyahıda yoxdur.

VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəyli, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyib

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR