İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP da iftar süfrəsi açacaqmı - müxalifətçilər deyir ki...

2062 21.04.2022 08:30 Gündəm A A

 

Ramazan ayının başlamasından 20 gün ötür. Bu ayın əsas özəlliklərindən biri də iftar qonaqlıqlarının verilməsidir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalardan artıq bir neçəsi indiyə qədər partiya rəhbərlərini bir araya gətirərək, iftar süfrəsi açıblar. İlk olaraq, AĞ Partiya belə bir qonaqlıq təşkil edib. Ardınca ALDP və Gələcək Azərbaycan partiyaları anfaloji addımları atıblar.

Bu qonaqlıqlara hakim Yeni Azərbaycan Partiyasının da dəvət olunub-olunmaması ilə maraqlandıq.

AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli “Yeni Müsavat”a bunları dedi: “Biz 11 partiya sədrinin iştirakı ilə iftar süfrəsi verdik. YAP-dan heç kəs dəvət edilmədi. Çünki təəssüf ki, bizdə hələ bu münasibətlər qurulmayıb. Biz istərdik ki, bu cür münasibətlər qurulsun. Amma gərək ilk olaraq belə addımları iqtidar atsin. Çünki iqtidar səlahiyyət sahibidir. Əgər siyasi sferanın öndə gedənidirsə, ilk addım ondan gəlməlidir. Bu ənənəni bir müxalif partiya başlatsa, cəmiyyət tərəfindən normal qarşılanmaya da bilər. Məsələn, yüngül formada desək, insanlar belə başa düşə bilərlər ki, həmin partiya yaltaqlıq edir. İqtidar partiyasından da kiminsə iştirak edib-etməməsi hələ sual altındadır. Amma qarışıqlı olaraq belə tədbirin keçirilməsi çox yaxşı olardı. İqtidardan dəvət gələrsə, düşünmürəm ki, bu müxalifətdə hər hansı bir kompleks yaratsın. Ramazan ayının bitməsinə 10 gündən artıq vaxt qalır.

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

Əhəd Məmmədli: “Bu ənənəni artıq Azərbaycanda formalaşdırmalıyıq”

Hələ gec deyil. İqtidar tərəfdən belə bir addımın atılması mümkündür. Şəxsən bizi dəvət etsələr, Ağ Partiya olaraq iştirak edərik. Təbii ki, növbəti dəfəsində də belə bir addımı biz atarıq. Hesab edirəm ki, belə bir siyasi mədəniyyətin formalaşması ancaq müsbət təsirlər verər.  Qardaş Türkiyədən nümunələr götürülməlidir. Bayram və ya dövlət tədbirində iqtidarla-müxalifət yan-yanadır. Müxalifət və iqtidar arasında dövlət ərkanı, münasibətləri olmalıdır. Bu Azərbaycanın siyasi inkişafı üçün vacib amillərdir. Təbii ki, islam mədəniyyətinə, islam dininə iman etmiş bir dövlət kimi Ramazan ayında iftar süfrələri verilməsi adəti siyasi protokola daxil edilməlidir. Bu artıq baş verib. Son bir neçə ildə bir sıra partiyalar iftar süfrələri açırlar. Daha çox da siyasi kəsimi dəvət edirlər. Türkiyə və dünyanın bir sıra ölkələrində zatən bu belədir. Biz dəvət olunan iftar süfrələrində iştirak edirik. Düşünürəm ki, bu ənənə davam etməlidir. Bayramlaşma, bir-birinin xoş və acı günlərində siyasi mövqeyinə baxmayaraq, bir-birinin yanında olma, dediyim kimi, siyasi mədəniyyətin bir tərkib hissəsi sayılmalıdır. Bu ənənəni artıq Azərbaycanda formalaşdırmalıyıq”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev: “Dəvətimizin yenə də cavabsız qalacağını istəmədik”

ALDP rəhbəri Fuad Əliyev isə bildirdi ki, bir neçə ildir iqtidar- müxalifət münasibətləri normallaşıb: “Artıq  bayramlarda, xüsusi günlərdə dövlət başçısı müxalifətə təbriklərini çatdırır. Eynilə mən də öz növbəmdə təbrik edirəm. Bu artıq ənənəyə çevrilib. Amma təəssüf ki, dövlət başçısının bu addımları məmurlara və YAP nümayəndələrinə örnək olmur. Cavabsız qalan təbriklərdən, dəvətlərdən sonra təşkil etdiyimiz iftar süfrəsinə dəvətimizin yenə də cavabsız qalacağını istəmədik. Yəqin ki, bir müddət keçməlidir ki, məmurlar müxalifətin təşkil etdiyi tədbirlərdə iştrak etsinlər. Hər halda, dövlət başçısı İlham Əliyevdən bir nümunə götürməlidirlər. Siyasətdə etik davranış, siyasi mədəniyyət anlamı da var”.

Hakim Yeni Azərbaycan Partiyasının belə bir iftar qonaqlığı vermək planının olub-olmaması ilə maraqlandıq. Sualımıza iqtidar partiyasından cavab ala bilmədik.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR