İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xüsusi Təftiş Komissiyasının işi apreldə başa çatacaq"

210 15.03.2025 16:00 Səhiyyə A A

Məlum olduğu kimi, Səhiyyə Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə Xüsusi Təftiş Komissiyası təşkil olunub. İndiyə qədər 9 iclas keçirilib.

Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, mütəxəssislərin sənədləri təftiş olunub:

"Sənədlərini təqdim etmiş plastik cərrahlarla görüşlər təşkil olunub. Komissiyanın işi aprelin ayında başa çatacaq. Nazirlik bununla bağlı açıqlama verəcək".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR