İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Türkiyə Ukraynaya QOŞUN YERİDİR? – Ankara ŞƏRTLƏRİNİ AÇIQLADI – CANLIDA

659 18.03.2025 10:54 Son xəbər A A

Türkiyə hərbi kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı heç bir qərar verməyib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Ankaradakı diplomatik mənbələrə istinadla məlumat verib.

“Bu məsələ ilə bağlı konkret heç nə, heç bir qərar yoxdur”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, Böyük Britaniya və Fransa öz qoşunlarını Ukraynada yerləşdirməyi planlaşdırır. Ölkə liderləri bu yolla Kiyevin təhlükəsizlik zəmanəti alacağını iddia edirlər.
Türkiyə tərəfi də qeyd edib ki, Ukraynada yerləşdiriləcək sülhməramlılara onların da qoşulması mümkün ola bilər.

Rusiyanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Kreml dəfələrlə Ukraynada hər hansı bir Avropa hərbi kontingentinin olmasına qarşı olduğunu bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Moskvaya hələ də qondarma sülhməramlıların Ukraynada konkret olaraq nə edəcəyi barədə məlumat verilməyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR