İnsanlara hürriyət, millətlərə istiqlal!

Xunta rejimindən təşvişə düşən girov ermənilərinə gecəyarı müraciəti  

1305 17.09.2023 10:56 Region A A

Qarabağdakı qondarma rejim davamlı təxribatlara əl atmaqla yanaşı, bu axmaq davranışların cavabsız qalmayacağını da yaxşı anlayır. Bölgədəki mülki erməniləri girovluqda saxlayan xunta rejimi təşviş keçirən sakinlərə müraciət edib.

Musavat.com-un erməni mediasına istinadən bildirdiyinə görə, ötən gecəyarısı yayılan bəyanatı cinayətkar rejimin oyuncaq “müdafiə nazirliyi” yayıb. “Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən hərəkətlər və cəmləşmələrlə əlaqədar "artsax" əhalisi arasında müəyyən həyəcanlı hisslər müşahidə olunur. Bununla əlaqədar olaraq bildiririk ki, "artsax"ın silahlı qüvvələri vəziyyətə gecə-gündüz nəzarət edir və hər hansı mühüm hadisə baş verdikdə ictimaiyyəti dərhal məlumatlandırır.

İndiki şəraitdə yoxlanılmamış məlumatların yayılması heç bir halda ölkəmizin müdafiə qabiliyyətinə töhfə vermir. Onu da nəzərə almaq lazımdır ki, çaxnaşma yaratmaqda ilk növbədə düşmən kəşfiyyat xidmətləri maraqlıdır. Sizi rəsmi hesabata əməl etməyə çağırırıq”-xunta rejiminin oyuncaq qurumunun sərsəm iddiaların yer aldığı bəyanatında deyilir.

İndiki halı ilə xunta rejimi qorxutmaq üçün hürən, qorxudan quyruğunu bulayan köpəyə çox bənzəyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR