İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xoruzlar” “hin”dən çıxdı

2506 26.11.2022 22:52 Yazarlar A A

Nə qədər istəyirsən fransızların oyunundan zövq alasan, fikirləşəndə ki, indi dünyanın dörd bir tərəfindəki ermənilər də bu komandanın qələbəsi üçün həyəcanlanır, istər-istəməz keçirsən əks tərəfə...

Messinin lideri olduğu Argentina millisinə qalib gələsən, vəliəhd şahzadə Salman komandanın hər bir üzvünə “Rolls-Roys” bağışlaya, gəl, oynama görüm...

Səudiyyə Ərəbistanı vəliəhdi əlbəttə ki, dünyanın ən varlı adamlarından biri olduğuna görə bu cür xərcləmələr (avtomobilin qiyməti 450-550 min dollar arasında dəyişir) ona vız gələr. Amma əsas hədiyyənin dəyəri deyil, “vnimalteni” olmaqdır. Vəliəhdin bu jesti barədə İndoneziya qəzetinin yazdığı doğrudursa, bunu məhz diqqət kimi qiymətləndirmək lazımdır. Milyarder ərəblər nəhayət onu anlamağa başlayıblar ki, Avropanın top klublarına sahiblənməklə iş bitmir, gərək öz ölkənin idmanına da diqqət edəsən, çünki bəzən bir qələbə dünyanı silkələmək üçün yetər...

Səudiyyə Ərəbistanını polşalılar yaxşı analiz etmişdilər, Argentina müdafiəsinin buraxdığı səhvləri təkrar etməməyə çalışdılar.

czctjsaidhnv21kfsab36rw20kl1am7j.jpg (103 KB)

Amma asan olmadı. Ərəblər birinci hissədə penaltini reallaşdıra bilsəydilər, yekun nəticə fərqli də ola bilərdi. Ərəb ölkəsinin azarkeşlərinin əli bu gün də Göydə idi, amma qurban olduğum deyir, “səndən hərəkət, məndən bərəkət...” İlk turda bəxt polşalılardan uzaq idi, Levandovski kimi qol vuran futbolçu 11 metrlikdən fərqlənə bilməmişdi. Bu gün isə uğur onların tərəfində oldu...   

Səudiyyəlilər bu gün də zəif görünmədilər, amma qarışıq - yarıavropalı, yarıasiyalı, yarıafrikalı kimi oynadılar. İstək var idi, ilk oyundakı qələbənin təsadüfi olmadığını sübut etməyə çalışdılar, çünki daha 3 xal qazanıb növbəti mərhələni 90 faiz təmin edə bilərdilər.  

Polşa Avropada ilk beşlikdə olmasa da, heyətindəki oyunçuların çoxu məhz Top-5 ölkələrin klublarında oynayırlar. Məsələn, ilk qolu vuran Zelinskinin başqa kluba transferi üçün “Napoli” 40 milyon avro istəmişdi. Polşa yaşlı və təcrübəli, səudiyyəlilər gənc və təcrübəsizdirlər. Bu gecə təcrübə gəncliyə qalib gəldi...

1669473060 (1).jpg (292 KB) 

Polşa millisi sosialist sistemində olanda SSRİ yığması kimi xüsusi inkişafı yox idi. Baxmayaraq ki, 1974 və 1982-ci il mundialında heç kimə lazım olmayan dünya üçüncüsü olub. Berlin divarları yıxılandan sonra polşalı futbolçuların Avropa meydanlarına yolu rahatlaşdı, daha çox da Almaniyaya. O səbəbdən polşalıların oyun stili “alman maşını”na çox bənzəyir - sürətli futbolçular, kəskin əks-hücumlar... Polşa millisi 2006-cı ildən sonra ardıcıl üç dəfə mundialdan kənarda qaldı, yalnız 2018-ci il Rusiyada keçirilən dünya kubokuna qayıda bildi. 

Robert Levandovskinin vurduğu qoldan sonrakı göz yaşları mundialın bir futbolçunun həyatında hansı qiymətdə olduğunun təsdiqidir. Levandovski indiyədək oynadığı klublarda nə qədər qol vurub, indi də “Barselona”da qolları sıralayır. Bu da bir bəxtsizlikdir ki, 2008-ci ildən Polşa yığmasında oynayan Levandovski ilk dəfə millinin heyətində Rusiya mundialında oynamaq şansı əldə etdi, seçmə mərhələdə ən çox qol vuran futbolçu oldu, amma evə qol vurmadan qayıtdı. Bu, Levandovskinin mundiallarda vurduğu ilk qol idi və göz yaşlarına dəyərdi...

Снимок.PNG (1.39 MB)

Erməni siyasəti dünyanı elə zəhərləyib ki, Fransa millisinin “Ermənistanın bacısı” olduğunu beynindən ata bilmirsən. Nə qədər istəyirsən, fransızların oyunundan zövq alasan, fikirləşəndə ki, indi dünyanın dörd bir tərəfindəki ermənilər də bu komandanın qələbəsi üçün həyəcanlanır, istər-istəməz keçirsən əks tərəfə (Fransa millisinə ölkəmizdə azarkeşlik edənlər var, hər kəs seçimində sərbəstdir, bəlkə də bu qədər siyasiləşməyə gərək də yoxdur). Həm də Kristian Eriksenə görə bu axşam Danimarka millisinin tərəfində olmağın da mənası vardı.

kristian.PNG (1.80 MB)

Bu həmin Eriksendir ki, son Avropa çempionatının ikinci günündə Finlandiya ilə oyunda ürəyi ani olaraq dayanmışdı. Onun meydanda həyatını itirməməsi bir möcüzə idisə, indi yenidən Danimarkanın heyətində mundialda iştirakı başqa bir möcüzədir. 30 yaşlı futbolçunun ürəyinə adı adamın dilinə belə yatmayan kardioverter-defibrillyator deyilən kiçik cihaz qoyulub. Bu cihaz onun ürək ritmini tənzimləyir və qəfil dayanmasının qarşısını alır. Amma indi ən güclü “aparat” belə ən güclü hücum, yarımmüdafiə və müdafiə xətt oyunçularına sahib fransızların qarşısını almaqda gücsüzdür.

159703 (1).jpg (44 KB)

Yenə o fikrimdə qalıram ki, Fransa bu mundialda ən yaxşı heyətə malik komandadır və “xoruzların” qarşısını almaq mümkün olmasa, finaladək gedib çıxa biləcək gücdədirlər. Bu gecə “çərt qoz” danimarkalılar Fransanın növbəti mərhələyə erkən vəsiqə qazanmalarına imkan verməmək üçün hər şey etdilər. Alınmadı. Makron və Paşinyan yəqin mesajlaşıb, bir-birlərini təbrik də edərlər.

Mundial davam edir, daha dəqiqi, hələ hər şey indən sonra başlayır...

Nazim SABİROĞLU,
Musavat. com        

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR