İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım tatarlarının nümayəndəsi əsirlikdən qayıdıb - Təsirli açıqlamalar

447 24.07.2024 16:29 Region A A

“Bu gün Ukraynada yaşayan Azərbaycan icmasının fəalları olaraq Krım tatarlarının nümayəndəsi, qardaşımız Nəriman Cəlala gözaydınlığı veririk. Nəriman bəy bir müddət idi Rusiya əsirliyində saxlanılırdı. Bu günlərdə həyata keçirilən mübadilə nəticəsində Ukraynaya qayıda bildi”.

Musavat.com bildirir ki, bunu Ukraynada yaşayan diaspor fəalı Yalçın Qəhrəmanoğlu bildirib.

Y.Qəhrəmanoğlunun sözlərinə görə, soydaşımız Krımın azadlığı uğrunda öz azadlığını, canını heçə sayan bir ziyalı, bir tatar aydınıdır: “Məhz bu cür ziyalı, mübariz olduğuna görə, onu şəxsən tanımayan yüzlərlə insan da müdafiəsinə qoşuldu. Nəriman bəy həm də Krım Tatar Məclisinin sədr müavinidir. Biz Azərbaycan icması olaraq bütün məclis üzvlərinə, krımlı vətənpərvərlərə gözaydınlığı veririk. Ukraynada yaşayan köklü xalqlardan biri olaraq tezliklə tarixi vətənlərinin azadlığına nail olmalarını arzulayırıq. Təbii ki, bütün ukraynalı əsirlərin geri qaytarılması və torpaqların işğaldan azad edilməsi uğrunda mübarizə və müharibə davam edir. Ukraynada yaşayan biz azərbaycanlıların kökü bir tatar qardaşlarımızla yolumuz da birdir, liderimiz də”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR