İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavənddə ekskavator minaya düşüb, Türkiyə vətəndaşı xəsarət alıb

426 14.07.2022 17:19 Hadisə A A

Xocavənddə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb.

Bu barədə Musavat.com-a Xocavənd Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, iyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR