İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı qatili Köçəryan məhkəmədə: “Süni intellekt dedi ki, belə presedent dünyada yoxdur”

4668 24.11.2025 21:31 Dünya A A

Musavat.com xəbər verir ki, Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Köçəryan Antikorrupsiya Məhkəməsində çıxışı zamanı yenə də gündəm yaratmağa çalışıb. O, barəsində aparılan və özünün “anti-konstitusion” adlandırdığı proseslə bağlı süni intellektdən “məsləhət aldığını” bildirib.

Köçəryanın iddiasına görə, o, süni intellektə belə suallar ünvanlayıb:

— Cinayət maddəsi olmadan bir şəxsin “təqsirləndirilən şəxs” kimi tanınması mümkündürmü?
— Dünyanın hər hansı ölkəsində belə bir presedent olubmu?

Sabiq prezidentin sözlərinə görə, süni intellekt ona belə cavab verib:

“Bu, absurd və mümkün deyil. Son 100 ildə belə hal qeydə alınmayıb, ümumiyyətlə dünyada belə presedent yoxdur”.

Köçəryan daha sonra məhkəmə prosesində iştirakını “yaxşı niyyət nümayiş etdirmək” kimi təqdim edib və qeyd edib ki, “sağlam məntiq” olsa, onun bu iclaslara qatılmasına heç bir ehtiyac qalmaz.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR