İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda intihar edən məktəblilərlə bağlı YENİ XƏBƏR

1500 22.12.2023 11:12 Hadisə A A

Xırdalanda özünü binadan atan məktəblilərin bir-biri ilə əlaqəsi yoxdur.

Musavat.com-un məlumatına görə, bunu Abşeron rayon prokuroru Qabil Qasımov deyib.

O bildirib ki, aparılan araşdırmalar zamanı Xırdalanda özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsinn olmadığı müəyyən edilib:

"Onlar ayrı-ayrı məktəblərdə oxuyurlar. İntihar hadisələrinin sensasiya xarakterli hadisə kimi təqdim olunması, növbəti dəfə eyni cür intiharlara gətirib çıxarır. Bu hadisə müəyyən sensasiyalar yaratdı, məktəblilərin eyni sinifdə oxuması barədə məlumatlar yayıldı. Amma araşdırmalar göstərdi ki, həmin şəxslərin bir-biri ilə əlaqələri olmayıb, tanış deyillər”.

Xatırladaq ki, bu il Xırdalanda 3 yeniyetmə qız ayrı-ayrı vaxtlarda özlərini binadan ataraq intihar etmişdi.

Samir Əli,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR