İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ - ŞOK VİDEO

2195 25.09.2023 13:33 Region A A

Qazaxıstanlı bloger Azamat Sarsenbaev Xəzər dənizinin qurumasını çəkən rus aviaşirkətinin pilotunun videosunu dərc edib.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Pilot səs yazısında qeyd edir ki, Xəzər quruyur:

"Xəritəyə baxsanız, Xəzər dənizinin şimal hissəsində, burada su olmalıdır. Hamısı quruyub".

İctimai fəalın sözlərinə görə, Xəzər dənizinin şimal hissəsi bütün dəniz ekosisteminin əsas inkubatorlarından biridir:

"Burada bir çox quş növləri, suitilər çoxalır və balıqlar kürü tökür, köç edən quşlar isə dincəlmək üçün dayanır. Bu, fəlakətdir".

Qeyd edək ki, 2023-cü ilin iyul ayında "Kazakhstan Gharysh Sapary" Milli Şirkəti Xəzər dənizi ilə bağlı monitorinq aparıb.

Ekologiya Nazirliyi Xəzər dənizinin dayazlaşmasına münasibət bildirərək, bu prosesin ilk növbədə iqlim dəyişikliyi ilə bağlı olduğunu bildirib.

Nazirliyin məlumatına görə, 2006-2020-ci illərdə ən az yağıntı Xəzər dənizinə düşüb, buxarlanma prosesləri daha intensiv olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR