İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstə yaxınları cərrahı silahın qundağı ilə öldürdü - VİDEO

1759 04.05.2023 20:07 Hadisə A A

Türkiyənin Bursa şəhərində professor Murat Biçer bir il əvvəl müalicə etdiyi xəstənin yaxınlarının hücumuna məruz qalıb və həyatını itirib.

Musavat.com xəbər verir ki, silahın arxa tərəfi ilə başından ağır zərbə alan Murat Biçer hadisədən bir neçə gün sonra ölüb. 

Ürək-damar cərrahı olan professor Murat Biçerin təxminən bir il əvvəl müalicə etdiyi xəstə reanimasiyada olarkən dünyasını dəyişdikdən sonra yaxınlarından təhdidlər almağa başladığı iddia edilir.

Murat Biçer xəstəxanadan çıxıb evinə gedərkən onu təhdid edən xəstələrin yaxınları tərəfindən silahın qundağı ilə döyülüb. Hücum edənlər qaçarkən, polis və sağlamlıq qrupları hadisə yerinə göndərilib. Murat Biçer müalicə edildikdən bir gün sonra evə buraxılıb.

Hadisə ilə əlaqədar işlərə başlayan polislər qardaş və bacı olduqları öyrənilən 2 şübhəlini tutaraq nəzarətə götürüb. 

Şübhəlilərin istintaqı davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR