İnsanlara hürriyət, millətlərə istiqlal!

Xerson taxılının Rusiyaya daşındığı ETİRAF EDİLDİ

1312 28.06.2022 10:28 İqtisadiyyat A A

Rusiya Ukraynanın Xerson əyalətində biçilən taxılı öz ərazisinə daşıyır.

Musavat.com xəbər verir ki, bu barədə əyalətin Rusiya tərəfindən yaradılan hərbi-mülki administrasiyasının nümayəndəsi İqor Qriqoryev TASS-a məlumat verib. Onun sözlərinə görə, fermerlər yeni məhsulun bir hissəsini Rusiyaya “ixrac” etməklə sentyabrda yenidən əkinə başlamaq üçün vəsait əldə etməyə çalışırlar.

İ.Qriqoryev bildirib ki, məhsulun bir hissəsi Rusiyaya aparılır, qalanı Qara dəniz limanları açılandan sonra başqa ölkələrə ixrac ediləcək.
TASS-ın məlumatına görə, Xersondan yalnız taxıl deyil, meyvə-tərəvəzin də Rusiyaya “satışına” başlanıb.

Qeyd edək ki, artıq iki aydır Ukrayna tərəfi ölkənin işğal edilmiş ərazilərindəki taxıl ehtiyatlarının Rusiya tərəfindən oğurlanaraq başqa ölkələrə satıldığını bəyan edir. Rusiya bu prosesə qanuni don geyindirmək üçün işğal etdiyi ərazilərdə qondarma idarəetmə orqanları yaradıb, onların vasitəsilə taxılın daşınmasını rəsmiləşdirməyə çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR