İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəbərdarlıq: Yanvarın 23-də səhər tezdən...

56436 22.01.2024 09:45 Gündəm A A

Yanvarın 23-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. Bununla belə, günəş alovu çox güclü olmayacaq.

Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının alimlərinin proqnozuna əsasən, maqnit qasırğasının G1 səviyyəsində olacağı gözlənilir (maqnit qasırğalarının təsnifatında ümumilikdə beş səviyyə var - G1-dən G5-ə qədər).

Təxminən üç saat davam edəcək və günəş aktivliyinin pik nöqtəsi səhər tezdən baş verəcək. Eyni zamanda, ayın sonuna kimi geomaqnit pozğunluqlarının baş vermə ehtimalı aşağı olaraq qalır.

Əvvəllər ekspertlər xəbərdarlıq edirdilər ki, günəş alovları 2024-cü ildə öz apogeyinə çatacaq və bu, çoxsaylı geomaqnit pozğunluqlarına səbəb olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR