İnsanlara hürriyət, millətlərə istiqlal!

Xavi Ronaldodan danışdı - "Fantastik futbolçudur"

810 08.11.2022 14:22 İdman A A

"Barselona"nın baş məşqçisi Xavi Ernandes "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis 37 yaşlı hücumçunu dünyanın ən yaxşılarından biri adlandırıb:

"Ronaldo fantastik oyunçudur. O, dünyada son dövrlərin ən yaxşılarından biridir. Ronaldo hələ də meydanda fərq yarada bilər".

Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”, “Real” və “Yuventus”da çıxış etdiyi müddətdə “Barselona” ilə 34 dəfə qarşılaşıb. Bu görüşlərdə o, 20 qol vurub və 3 qolun ötürməsini verib. Bu dəfə portuqaliyalı forvard "Mançester Yunayted"in heyətində Avropa Liqasının pley-offunda "Barselona" ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun 2023-cü il fevralın 16-da “Kamp Nou”da, cavab qarşılaşması isə fevralın 24-də “Old Trafford”da keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR