İnsanlara hürriyət, millətlərə istiqlal!

Xavi: "Barselona"dan göndərilsəm..."

1028 20.10.2022 15:08 İdman A A

"Barselona"nın baş məşqçisi Xavi klubdakı gələcəyi haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis deyib ki, rəhbərlik onu istefaya göndərsə, bu qərarı anlayışla qarşılayacaq: "Təbii ki, bu futboldur. Küçədəki insanlar mənə cəsarət vermək üçün yumruqlarını qaldırırlar. İndi biz davam etmək və gerçəklərlə üzləşmək məcburiyyətindəyik. Mən hər zaman pozitivəm. Klub və heyətin göstərdiyi səylə kuboklar qazanmaq üçün rəqabət aparmalıyıq. Əgər bunu bacarmasaq, başqa məşqçi gələcək. Amma bunu bacarmaq üçün bütün gücümlə çalışacağam".

Qeyd edək ki, "Barselona" La Liqada hazırda 22 xalla 2-cidir. Kataloniya təmsilçisi 1-ci pillədə olan "Real"dan 6 xal geridədir. Xavinin baş məşqçisi olduğu komanda Çempionlar Liqasında C qrupunda 4 xalla 3-cüdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR