İnsanlara hürriyət, millətlərə istiqlal!

Xatun gəlinindən danışdı: "Söyləyirəm ki, sən məni güdürsən evdə?"

2442 18.02.2024 16:12 Şou-biznes A A

"Gəlinim məndən soruşur ki, "ana, bu gün tez duracaqsınız?" Deyirəm ki, hə, saat 7-də, amma sən oyanma. Onsuz da o, həyat yoldaşını yola salanda səhər 9-un yarısı oyanır. Sonra bir də mənim üçün oyansın? Deyirəm ki, get yat, durma, öz evimdə özüm oyana bilmirəm ki? Belə qayınana var? Söyləyirəm ki, sən məni güdürsən evdə? Get yat". 

Bu sözləri müğənni Xatun Əliyeva "10-da görüşək" verilişində qonaq olarkən deyib.

O, gəlinindən danışıb:

"İnanın, onların evində qalanda barmaqlarımın üstündə gəzirəm ki, oyanmasınlar, rahat yatsınlar. Mətbəxə girən kimi, görürəm ki, gəlinim arxamca gəlir. Gəlinim mənim kimi oxatan bürcündəndir. Əgər səhər çəkilişə, verilişə gədəcəyəmsə, gecikməmək üçün gedib oğlumgildə qalıram".

Qeyd edək ki, ifaçının oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR