İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkova vaxtından əvvəl basqın Rusiya üçün uğursuzluğa çevrildi - RƏY

1043 26.05.2024 12:40 Dünya A A

Rusiyanın Xarkov vilayətinin şimalında hücum əməliyyatlarına vaxtından əvvəl başlaması onun bu cəbhədə əldə etdiyi uğurları azaldıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir rəy mərkəzi Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertlərinin növbəti hesabatında əks olunub.

Təhlil olunan məlumatlara əsasən, rus qoşunları Xarkov vilayətinin şimalında məhdud qüvvələrlə hücum əməliyyatına başlayıb və hələ də orada əhəmiyyətli ehtiyatlar yerləşdirməyiblər ki, bu da Rusiyanın irəliləyiş və hücum sürətinin ləngiməsinə səbəb olub.

“Bu yavaşlama Ukrayna qüvvələrinə əks-hücumlara başlamaq üçün taktiki imkanlar yaradır. Lakin indiki anda Ukrayna qüvvələri Rusiya qüvvələrini Xarkov vilayətinin şimalından tamamilə sıxışdırmaq məqsədilə məhdud əks-hücum əməliyyatı keçirməyə tələsmir”, - deyə sənəddə bildirilir.

Ekspertlərin fikrincə, Rusiya qoşunları ABŞ-ın hərbi yardımı gələnə qədər Xarkov vilayətinin şimalında vaxtından əvvəl hücuma keçib, bu da onların işini daha da çətinləşdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR