İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə toy-yas QADAĞASI, Araiklə Vardanyan QIRĞINA çıxdı - Professor Qabil Hüseynli ilə CANLI

1951 28.12.2022 15:50 Gündəm A A

Bir qrup Qarabağ ermənisi Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkovla görüş tələb etmək üçün Xankəndi aeroportu tərəfə yürüş edib. Onlar Volkovdan Laçın yolunun açılmasını və nəqliyyatın bu yolla fasiləsiz hərəkətinin bərpa olunmasını tələb ediblər.

Yürüşün təşəbbüsçüsü Tiqran Petrosyan deyib ki, onlar Qarabağdakı rusiyalıların yolunu bağlamayacaqlar, amma demək istədiklərini “mədəni şəkildə” izah edəcəklər: “Biz ümid edirik ki, Putin Cənub Qafqazda bizim xalqla oyun oynamaqla nüfuzunu itirəcəyini başa düşəcək. “Artsaxlılarla” (Qarabağ-red) belə rəftar etmək olmaz”.

Bu arada, Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçıların lideri Araik Arutyunyan “toplantı” keçirib.

Toplantıda “güc strukturları”, o cümlədən “tş katibi” Vitali Balasanyan iştirak edib, Laçın yolu ilə bağlı vəziyyət müzakirə olunub. Toplantıda Rusiyadan qaçıb, Qarabağa sığınan və öz sərvətini sanksiyalardan qorumaq, qanunsuz bizneslə Rusiyadan oğurladığı vəsaitləri leqallaşdırmağa çalışan Ruben Vardanyanın iştirak etməməsi diqqət çəkib.

Qeyd edək ki, Ruben Vardanyan separatçıların “dövlət naziridir”, “ikinci” adamdır və guya “güc strukturlarına” cavabdehdir. Bəs, Vardanyan niyə bu toplantıda yoxdur?

Məsələ ondadır ki, Vardanyanla Araik, hətta Balasanyan arasında cddi konflikt olduğu haqda erməni mediası dəfələrlə yazılar verib. İddialara görə, Vardanyan hətta “ya mən, ya da Balasanyan” tələbini də qoyub.

“Hraparak” qəzetinin yaydığı xəbərə görə, Petrosyan və başının dəstəsi tələblərini irəli sürdükdən sonra “deputat”larla aralarında mübahisə yaranıb. Belə ki, separatçıların nümayəndələri Petrosyandan ərazini tərk etməsini tələb ediblər. Tovmasyan familiyalı “deputat”la Petrosyan arasında əvvəlcə söz mübahisəsi başlayıb.

Tərəflər bir-birilərini satqınlıqda, xəyanətdə ittiham ediblər. Daha sonra isə Tovmasyanla Petrosyan bir birilərinə hücum ediblər. Orada olan şəxslərin köməkliyi ilə hadisənin böyük davaya çevrilməsinə imkan verilməyib.

Bu gündən etibarən Qarabağda restoran və kafelərdə kütləvi tədbirlərin, yəni, toy, yas və müxtəlif qonaqlıqların keçirilməsi qadağan olunub. Qərarı separatçıların nümayəndəsi Ruben Vardanyanla görüşən ictimai iaşə obyektlərinin sahibləri veriblər.

Onlar bu addımı ərzaq qıtlığı ilə bağlı atdıqlarını bildiriblər. Belə ki, restoran sahibləri deyiblər ki, iri yığıncaqlarda yemək-içmək çox israf olunur və bunun qarşısını almaq üçün müvəqqəti olaraq, belə addımların atılması lazımdır.

Həmin görüşdə danışan Ruben Vardanyan isə heç nə edə bilmədiklərini, durumun getdikcə ağırlaşdığını deyib. “Mübağiləsiz deməliyəm ki, çox çətin vəziyyətdəyik. “Hökumət” olaraq heç nə edə bilmirik. Ona görə də, sizin təkliflərinizi dinləmək məcburiyyətindəyik. Necə desəniz, elə də edəcəyik”.

TVMusavat-ın saat 16:00-da canlı yayınında professor Qabil Hüseynli ilə Qarabağ gündəmini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR