İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “evcik-evcik” OYUNU - Araik SENSASİON səbəbdən qaça bilmir

2394 27.04.2023 18:08 Son xəbər A A

“Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra separatçıların qondarma “konstitusiya dəyişikliyi layihəsi”ni yenidən müzakirəyə çıxarması diqqət çəkir: qondarma “prezident” səlahiyyətləri azaldılır, “yarım-prezidentlik” modelinə keçmək, qondarma “parlamentə” daha çox “səlahiyyət” vermək istəyirlər”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

asif.jpg (298 KB)

O bildirib ki, bunun iki mümkün hədəfi görünür:

“Birincisi, Araik Azərbaycanın Xankəndiyə qayıdışı perspektivi fonunda məsuliyyəti tam üzərinə götürmək istəmir. Laçın yolunda aksiya başlandıqdan sonra “istefa” verib qaçmaq haqda da düşünürdü, lakin ruslar buna icazə vermədi. Arutunyan postun qurulmasından sonra baş verəcək hadisələrə görə əsas günahkar olacağını anladığı üçün məsuliyyəti bölüşdürür. 

İkincisi, separatçı rejimin ləğv edilməsi təhlükəsinə qarşı qondarma “parlamentin” önə çəkildiyi görünür: bu, həm bir şəxsin – Araikin sıradan çıxarılması ilə rejimin faktiki ləğvinin qarşısını almağa, həm də “erməni əhalisinin seçimi haqda “parlament” qərar verir” əsasını yaratmağa hesablanıb. Belə demək mümkünsə, “evcik-evcik” oynayırlar”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR