İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi yolunda gördüyümüz “xaç”lılar kimlərdir?

4783 01.04.2023 14:35 Yazarlar A A

Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaranma tarixi haqda arayış...

Laçın-Şuşa yolunda ekofəalların aksiyası başlayandan bəri onun adına da demək olar ki, hər gün xəbər bülletenlərində rast gəlirik. Söhbət Beynəlxalq Qırmızı Xaç Komitəsindən gedir. Ermənilərin yalançı hay-küylərinə baxmayaraq, heç bir blokadadan söhbət gedə bilməz. Təsadüfi deyil ki, hər gün bu təşkilatın maşınları da həmin yerdən keçib-qayıdırlar.

Musavat.com aktuallığını nəzərə alaraq, bu təşkilatın yaranma tarixi haqda arayışı təqdim edir.     

1859-cu ildə İtaliyanın şimalında baş verən Solferino döyüşünün Qırmızı Xaç Komitəsinin yaranmasında mühüm rolu olub. Avstriyalılar və Fransa-İtaliya koalisiyası arasında Solferino döyüşü cəmi bir neçə saat davam edib və nəticədə avstriyalılar məğlub olaraq geri çəkilməli olublar. Döyüş meydanında isə minlərlə yaralı əsgər qalır, amma qalib gələn koalisiyanın həkim briqadaları onların hamısına yardım göstərməyin öhdəsindən gələ biləcək sayda deyildi. 

Bu  döyüş meydanını canlı görən isveçrəli biznesmen Anri Dunan bu mənzərədən dəhşətə gəlir. Cenevrədə anadan olan Dunan dindar ailədə böyümüşdü və ailəsi xeyriyyə işlərinə böyük məbləğdə pul xərcləyirdi. O, yaxınlıqdakı kəndlərdən milliyyətindən asılı olmayaraq bir çoxlarını yaralılara yemək, su gətirmək və yardım etmək üçün təşkilatlanmağa cəlb etdi. Fransızları isə əsir götürdüyü avstriyalı həkimlərdən bəzilərini yaralılara yardım göstərmək üçün azad etməyə inandırdı, müvəqqəti xəstəxanaların qurulmasını maliyyələşdirdi.

1862-ci ildə Dunan ordulara münaqişənin hər iki tərəfindəki yaralılara kömək etmək üçün könüllülərdən ibarət briqadalar hazırlamağı tövsiyə edən sənəd yazdı, belə dəstələrin təhlükəsizliyini təmin edən beynəlxalq müqavilələrin bağlanmasını təklif etdi.

1863-cü ildə Cenevrədəki İctimai Rifah Assosiasiyası Dunanın təkliflərini müzakirə etmək üçün beş nəfərdən ibarət komitə yaratdı. Komitə həmin ilin oktyabrında Cenevrədə Avstriya, Fransa, Böyük Britaniya, İtaliya, Hollandiya, Rusiya, İspaniya və İsveçdən olan nümayəndələrin iştirak etdiyi beynəlxalq konfrans təşkil etdi. Beləliklə, Qırmızı Xaç Təşkilatının ilk təməllərinin atılmasına qərar verildi.

Qırmızı Xaçın emblemini təsdiqləmək çətinlik yaratmadı. İsveçrənin qırmızı bayrağında milli gerbinin emblemin əks tərəfi təşkilatın simvolu kimi təsdiqləndi. Fərq xaçın ağ fonda olması idi. Sonralar müsəlman ölkələrində Qırmızı Xaç Qızıl Ayparaya çevrildi.

1864-cü ildə İsveçrə hökuməti Cenevrədə konfrans çağırdı və burada Avropa ölkələrindən, habelə ABŞ, Meksika və Braziliyadan olan nümayəndələr döyüşlərdə yaralıların vəziyyətinə dair ilk Cenevrə Konvensiyasını imzaladılar. Dunanın tövsiyələrinə uyğun qaydalar qəbul edildi, demək olar ki, konvensiya bütün dünya ölkələri tərəfindən beynəlxalq sənəd kimi qəbul edildi. Elə həmin il Qırmızı Xaç könüllüləri ilk dəfə Danimarkadakı döyüşdə bayraqlarını havaya qaldırdılar, yaralılara kömək etdilər. 

Sonradan Qırmızı Xaç təkcə hərbi münaqişələrlə məhdudlaşmayaraq təbii fəlakətlər zamanı da yardıma tələsdi.  Britaniya Qırmızı Xaç Komitəsi 1870-ci ildə, Amerikada isə 1881-ci ildə yaradıldı. Birinci Dünya müharibəsi təşkilatın yardımlarına ehtiyacı xeyli artırdı. 1917-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi Nobel Sülh Mükafatına layiq görüldü.

34c7eb1cb0e42420792a21e534fd476a.jpg (2.44 MB)

Hazırda Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri dünyanın demək olar ki, hər bir ölkəsində fəaliyyət göstərir və 90 milyondan çox üzvü, könüllüləri və işçiləri var.

ukraine_get_help_red_cross.jpg (248 KB)

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR