Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar Seyid həyat yoldaşının arxiv görüntülərini yayımlayıb.
Musavat.com xəbər verir ki, o, həyat yoldaşı ilə yanaşı mərhum Əməkdar artist Cabir İmanovu da yad edib.
Azərlə Nigarın toyunda çəkilən şəkildə C.İmanov və xanımı Zara İmanova da yer alıb.
Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından sonra ötən ilin yanvarında vəfat edib. Azər və Nigarın Züleyxa adlı bir qız övladı var.
Cabir İmanov isə ötən ilin sentyabrında qəfil ürəktutmasından vəfat edib.
Könül
Musavat.com








