İnsanlara hürriyət, millətlərə istiqlal!

Xandanyandan Rusiyaya XƏBƏRDARLIQ 

2989 25.09.2023 16:06 Son xəbər A A

“Son günlər, hətta həftələr ərzində bizim rusiyalı həmkarlarımız müxtəlif bəyanatlarla Ermənistanın daxili işlərinə birbaşa müdaxilə edirlər. Xüsusilə, Rusiya dövlət televiziya kanallarının efirində birbaşa Ermənistan vətəndaşlarına ölkə hakimiyyətinə qarşı çıxmaları üçün çağırışlar edilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” partiyasından deputat Sarkis Xandanyan danışıb.

Xandanyanın sözlərinə görə, Ermənistan dövlətçiliyinin məhv edilməsi çağırışları hətta Rusiya Dövlət Dumasının deputatları tərəfindən səsləndirilir ki, bu da tamamilə qəbuledilməzdir.

“Biz həmkarlarımızdan öz tərəfdaşlarına hörmət etmələrini, Ermənistanın daxili işlərinə qarışmaqdan vaz keçmələrini və müttəfiqlik öhdəliklərini yerinə yetirmələrini gözləyirik. Amma təəssüf ki, son proseslər bunun əksini nümayiş etdirir”, - deyə Xandanyan əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR