İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneyinin dəfnində İrəvan-Tehran xətti: Paşinyan Pezeşkiana başsağlığı verdi

1619 03.07.2026 16:44 Dünya A A

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan İran İslam Respublikasına reallaşdırdığı səfəri çərçivəsində ölkənin mərhum ali rəhbəri ayətullah Əli Xameneyinin vəfatı ilə əlaqədar İran xalqına və dövlət rəhbərliyinə rəsmən başsağlığı verib. Ermənistanın rəsmi nümayəndə heyəti bu tarixi matəm tədbirlərində birbaşa iştirak edib.

Musavat.com xəbər verir ki, Tehranda təşkil olunan rəsmi matəm və vida mərasiminə qatılan Nikol Paşinyan, rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə mərhum ali rəhbər Əli Xameneyinin xatirəsinə öz ehtiramını bildirib. Səfər çərçivəsində Baş nazir Nikol Paşinyan Tehranda İran Prezidenti Məsud Pezeşkian və digər yüksək rütbəli dövlət rəsmiləri ilə bir araya gəlib. Görüş zamanı Paşinyan Ermənistan hökuməti və xalqı adından ali rəhbərin ölümü ilə bağlı dərin hüznlə başsağlığı ifadə edib və nümayəndə heyəti ilə birlikdə mərhumun xatirəsini yad edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR