İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneidən sərt mesaj - Hörmüz Vaşinqtonu çətin duruma saldı

786 18.04.2026 19:58 Dünya A A

İran Hörmüz boğazından keçən gəmilərin hərəkətinə bölgədə “dayanıqlı sülh” təmin olunana qədər nəzarəti davam etdirəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilir.

Məlumata görə, İslam Respublikasının ali rəhbəri Müctəba Xamenei yaydığı bəyanatda İran hərbçilərinin rəqiblərinə yeni və “acı məğlubiyyət” yaşatmağa hazır olduğunu bəyan edib.

Eyni zamanda, Təhlükəsizlik Şurasının açıqlamasında qeyd olunur ki, ABŞ vasitəçi üzərindən Tehrana yeni təkliflər göndərib və hazırda həmin təkliflər İran tərəfi tərəfindən nəzərdən keçirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR