İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalqı təhqir edən Oktay Ataxanı hansı cəza gözləyir? - deputatdan mövqe

2781 21.04.2022 10:40 Gündəm A A

Fazil Mustafa: “Onu humanizmə qaytarmaq üçün dövlət tədbirlər görməlidir”

 

Bir neçə gündür Oqtay Ataxan adlı facebook istifadəçisi Azərbaycan xalqını təhqir edir,  ruslara görə azərbaycanlıların ünvanına vulqar ifadələr işlədir: “Bizim heç nəyimiz yox idi. Rusiya və rus xalqı bəzi varlıqlarımızı bizə qaytardılar. Əgər əvvəl 1% də oxumuş adam yox idisə, sonradan bu faiz 100-ə çatdı. Bunu rus edib”, - deyə o, videomüraciətində bildirib. Sözügedən şəxs fikirlərini çox qaba şəkildə ifadə edib və ağır təhqirlərdən, söyüşlərdən istifadə edib.

 

Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, əgər hüquq pozuntusu varsa, buna hüquqi qiymət verilməlidir: “Müvafiq qurumlar bununla məşğul olmalıdır. Bizdə sosial şəbəkədə təhqir çox da təqib olunmur. Hesab edirəm ki, bu kimi məsələlərin təqib olunması vacibdir. Çünki elə şəxslər var ki, bundan sui-istifadə edirlər. Toplum, cəmiyyət hər hansı şəkildə təhqir edilirsə, buna mütləq münasibət bildirilməlidir.

 

Fazil Mustafa mediaya qoyulan bu qadağaya ETİRAZ ETDİ: "Bəzi dövlət  qurumları..." » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

Fazil Mustafa

”Azərbaycan Humanist Partiyası"ını qursa da, humanist ideyalardan uzaq düşüb. Onu humanizmə qaytarmaq üçün dövlət tədbirlər görməlidir. O ki qaldı Milli Məclisə, hər şəxsə görə zaman ayırmaq çətindir. Yalnız tendensiya varsa, o zaman münasibət bildirilir. Əgər qanunazidd əməl varsa, hüquq-mühafizə orqanları reaksiya verməlidir".

TÖRƏDİLƏN BEYNƏLXALQ CİNAYƏTLƏRƏ GÖRƏ ERMƏNİSTANIN SİYASİ VƏ HƏRBİ  RƏHBƏRLİYİNİN MÜHAKİMƏSİNİ ZƏRURİ EDƏN AMİLLƏR | Aggression of Armenia  against Azerbaijan

 Əlövsət Allahverdiyev

Hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a bildirdi ki, qanunvericilikdə internet resurslarında təhqirə görə cəza nəzərdə tutulur: “Cinayət Məcəlləsinin 148-ci maddəsinin 1-ci bəndində qeyd olunub ki, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunda xüsusi qeyd var ki, “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür".

Oqtay Ataxanın (Həmidov) çalışdığı Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirildi ki, bu barədə hər hansı açıqlama verilməyəcək.

Oqtay Ataxan: Oqtay Ataxan. Siyasi Taktika və Strategiya. Buraxılış - 485.  Tarixi səhvlərimiz, mövcud vəziyyət və nə etməli... (30.12.2020)

Oktay Həmidovun dosyesinə nəzər saldıqda görünür ki, o, mütəmadi olaraq bu cür çıxışlar edir.  O.Həmidov 1959-cu ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, baş laborant, ədəbiyyat və dillər kafedrasının müəllimi vəzifələrində çalışıb. 1983-cü ildə o, kommunist rejiminin dəyişdirilməsini qarşısına məqsəd qoyan sosial-demokratik istiqamət olan gizli siyasi partiya yaradıb.

O,1992-ci ildə Moskvada aspirantura təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. Daha sonra yenidən aktiv siyasətə qayıtmaq qərarına gəlib.1995-ci ildə Alternativ Humanist Cəmiyyəti, “ANKOR” Korrupsiyaya Qarşı Mübarizə Mərkəzini yaradıb, “Azərbaycan Humanist Partiyası” adlı siyasi partiyanın yaradılması üzərində işlərə başlayıb. O.Ataxan 1996-cı ildə sosioloji və analitik araşdırmalar aparan “Reytinq” Müstəqil Analitik Qrupunu yaradıb. 1998-ci ildən əvvəlcə “Azərbaycan Demokratik Sosialist Partiyası” kimi elan edilmiş, daha sonra 2000-ci ildə “Azərbaycan Humanist Partiyası” adlandırılmış  siyasi partiyanın lideri və sədridir.

1999-2001-ci illərdə Soros Fondu və Böyük Britaniya səfirliyi tərəfindən maliyyələşdirilən Korrupsiyaya Qarşı Mübarizə Bülleteni layihəsinin rəhbəri və koordinatoru olub və nəticədə bu bülletenin 18 nömrəsi nəşr olunub.

Hazırda ADMİU-da pedaqoji fəaliyyətini davam etdirir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR