İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda "çətənə aqronomu" saxlanılıb

788 09.05.2022 13:56 Kriminal A A

Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xaçmaz rayonunun Ləcət kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ruslan Abdurzayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR