İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçatryan: Paşinyan iqtidarı Qarabağı bütün sənədlərdən silib

535 22.12.2023 15:05 Region A A

Ermənistanda rəsmi sənədlərdə “Dağlıq Qarabağ Respublikası” ifadəsi tamamilə dövriyyədən çıxarılıb.

Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, bunu “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının deputatı Artur Xaçatryan deyib.

“Bu, parlamentə təqdim olunan sonuncu sənəd büdcə layihəsi olub, komissiyada layihə müzakirə olunduqdan sonra “Respublika” sözü çıxarılıb. Bütün dünyada yalnız Azərbaycan və Ermənistan hakimiyyəti “Dağlıq Qarabağ Respublikası”nın (Xaçatryan üçün hələ də bu qondarma qurum qalıb-red.) əleyhinə danışır. Məsələn, Kanada Xarici İşlər Nazirliyi, səhv etmirəmsə, dekabrın 12-də bəyan etdi ki, münaqişə Helsinki Yekun Aktının üç prinsipi əsasında həll edilməlidir”.

2023-cü ilin dövlət büdcəsinə dəyişiklik layihəsinə gəlincə, Xaçatryan bonu Qarabağ ermənilərinə qismən yardım olduğunu söyləyib. Onun fikrincə, bu büdcə daha çox Ermənistanın bank sisteminə yardımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR