İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçatryan: "Mən eşşək kimi işləyib ailəmi saxlamışam" - VİDEO

1855 18.10.2023 11:29 Kriminal A A

Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın açıqlamaları diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, Meşəli kəndinə hücum edənlər erməni dəstələri olub:

"Mən bu yaşa çatmışam, hələ bir nəfərə əlimi vurmamışam. Mən azərbaycanlılarla yaxın olmuşam. Əlimi qoyub and içə bilərəm. Mən tutulmuşam, burdayam, ona görə mənim adımı çəkirlər. Mən eşşək kimi işləyib ailəmi saxlamışam.

Kəndi yandıranlar Ermənistandan və xaricdən gələn muzdlular idi. Mən olmamışam. Kənd sakinlərini güllələyən erməni sahə müvəkkili Alik olub. Meşəliyə hücum edənlər bir gün əvvəllər Xankəndidə toplaşdılar. Onlar Armais və onun dəstəsi idi".

Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR