İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp”da çoxdan gözlənilən funksiya aktivləşdi

4436 13.03.2023 19:30 Texnologiya A A

“WhatsApp” populyarlığını qorumaq üçün özünü təkmilləşdirməyə davam edir.

Metbuat.az xəbər verir ki, budəfəki yenilik “WhatsApp”ın “Windows” tətbiqindən istifadə edənlər üçün nəzərdə tutulub.

Bildirilir ki, işçilərin əksəriyyəti ofisdə olarkən “WhatsApp”ın “Windows” tətbiqindən istifadə etməyə üstünlük verirlər. Bunu nəzərə alan sosial media 2.2309.2.0 kodlu test versiyasında yeni funksiyalar əlavə edib. Yeni dəyişikliyə əsasən, istifadəçilər “Windows” proqramında söhbət tarixçələrini asanlıqla idarə edə biləcəklər.

Bu yeniləmə ilə istifadəçilər söhbətdə birdən çox mesaj seçib onları yönləndirə və ya silə biləcəklər. Dəyişiliklər hələlik test mərhələsindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR