İnsanlara hürriyət, millətlərə istiqlal!

Vurmaq istəyən adam icazə istəməz...

2807 31.05.2024 21:59 Yazarlar A A

İlk dəfədir Amerika prezidenti arsenalında 6 min nüvə başlığı olan dövlətə “Made in USA” raketi ilə zərbə endirmək üçün icazə verir, “ancaq Xarkov” istisnası isə söz oynatmasıdır

NATO ölkələri ilə Rusiya arasında Ukraynada davam edən müharibə qlobal miqyas almaqda davam edir. Uzaqvuran silahlar Ukraynaya doğru hərəkət etdikcə, müharibə sponsorlarının iştahaları da artır. Onlar Rusiya ərazilərini raketlə vurmağa təhrik edirlər. Dəfələrlə yazmışam ki, Ukraynanın haqqıdır ki, onun ərazinə silahlı hücum varsa, o da hücum etsin. Ukrayna Rusiya ərazilərini deyil, bu dəfə dərinliklərini uzaqvuran raketlərlə vurarsa, bunun mümkün cavabı olacağını da unutmayaq. Rusiya nə qədər dağılacaq, nə qədər itki verəcək, onu Putin düşünsün. Amma Ukraynadan necə, o zaman ələ gələn nəsə qalacaqmı? Məncə, bunu da arzulayanlar çoxdur. Ukrayna olmasın, ya da lap zəlil günə qalsın ki, nə silah, nə pul istəməyə gücləri qalsın. Onu da zəhmət çəksin hələ də ölkəbəölkə gəzən(deyəsən, Səudiyyə Ərəbistanındadır) Zelenski düşünsün. Məncə, daha onun Ukraynanı düşünəcək halı da qalmayıb. Əvvəl hansı ölkəyə gedirdi, silah istəyirdi, indi də girinc qalıb, nə istədiyini, niyə istədiyini bilmir. 

im-528576.jpg (85 KB)

Hələ ki, tam dəqqləşməmiş son məlumat belədir ki, Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan qadağa ləğv edilib. Lakin Dövlət Departamentinin, o cümlədən Rusiya mediası qərarı belə izah edir ki, ABŞ-ın verdiyi silahların yalnız indi müdafiəsi xeyli zəifləyən Xarkov vilayətində istifadə edilə bilər. Rusiya ərazisinin dərinliklərində yerləşən hədəflərə qarşı ATACMS raketlərinin və uzaqmənzilli silahların istifadəsinə qoyulan qadağa isə qüvvədə qalır. Anaşılmaz bir durum yoxdur, amerikalılar sözlə oynamağı sevirlər. Fakt budur ki, ilk dəfədir Amerika prezidenti arsenalında 6 min nüvə başlığı olan dövlətə “Made in UŞA” raketi ilə zərbə endirmək üçün icazə verir. Burada “ancaq Xarkov”istisnası söz oynatmasıdır.

Ukrayna zatən Xarkovdan neçə vaxtdır Belqorodu vurur, Zelenskinin vurmaq icazəsi istədiyi bu deyil. O , Rusiyanın dərinliklərini vurmaq üçün icazə almaq istəyir. Belə, pis anlaşılmasın, “vuran oğlan icazə almaz”. Artıq kartlar çoxdan açılıb, icazə-filan boş söhbətdir. Elə Rusiyanın hansı ərazilərinin və hansı obyektlərinin vurula biləcəyini göstərən xəritəni bugünlərdə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol təqdim etmişdi. Xəritədən bəlli olurdu ki, Ukrayna Rusiyanın hava hücumundan müdafiə bölmələrini, hərbi qərargahlarını, idarəetmə orqanlarını, şəhər administrasiyalarını, nəqliyyat qovşaqlarını (stansiyalar, dəmir yolu və avtomobil körpüləri), neft emalı zavodlarını və ordu üçün silah istehsal edən müəssisələrini vurmaq üçün icazə istəyir. Hansı şəhərdə yerləşməsindən asılı olmayaraq... 

6638dc7390f4f.jpg (61 KB)

Amerika və Qərb müttəfiqləri fərqindədirlər ki, Rusiya işğal zonasını genişləndirir və bir az da təpər tapsalar, istədikləri sərhədin hüdudlarına çatacaqlar. Amerika bu qədər həvəsli hazırladığı plan böyük ölçüdə iflas olub. İndi bunun altından çıxmaq üçün ara elə qarışmalıdır ki, iş nüvə təhlükəsinə doğru gəlsin. Amma maraqlıdır ki, ABŞ Zelenskiyə məhdud dairədə istifadə icazəsi versə də, Rusiyanın nüvə təhdidlərindən də çəkinmədi. O halda, mümkündür ki, ABŞ-la Rusiya arasında hansısa gizli anlaşma da olsun. Zelenski o icazədən sonra raketi Rusiyanın dərinliklərinə də atsın, Rusiya dərhal bir mömrəli müharibə hazırlığı elan etsin və bu yerdə diplomatiya araya girsin. Amerika və Rusiya razılaşaraq həm dünyanı nüvə təhlükəsindən xilas , həm Ukrayna üçün danışıqlara keçid etsinlər. İkinci variant isə budur ki, Amerika hesablayır ki, Putin Qərb silahlarının hələ ilk partiyaları gələndə də, sonra tanklar veriləndə də “asıb-kəsirdi ”. Amma taleyi ilə barışdı, Qərb tanklarını da vurmağı öyrəndi. Ona görə ABŞ ola bilsin düşünür ki, məhdud icazə Rusiyanı nüvə müharibəsi həddinə dəli etməyəcək. 

pervoru-20851.jpg (626 KB)

Zelenskini Ərəb yarımdasından qayıdıb, çoxdan istədiyi arzusunu reallaşdırmağı gözləmək lazımdır. Amerika da yəqin istəyir ki, Zelenskinin bir az “qazı” yatsın, yaxasından müvəqqəti də olsa əl çəksin. 

rak.jpeg (185 KB)

Ukrayna ilə bağlı yazılarımın birində yarızarafat yazmışdım ki, Rusiyanı durdurmaq üçün Zelenskiyə nüvə başlığı lazımdır. Amerikanın nüvə başlıqları zatən Ukraynaya yaxındadır, Avropadadır...Necə ki, Rusiya Belarusa verdi, onlar da Ukraynaya bu lütvü etsinlər. Zelenski patrondan başlamışdı, indi təyyarə və 500 kilometr məsafəni vuracaq raket üçün icazə mərhələsindədir. Günlərin birində, ABŞ-dan nüvə silahı da istəyə bilər, “ver atım Rusiyaya...” deyərək. Bu müharibə artıq bir az da uşaq oyuncağına çevrilir. Nəsə bir partlayış hazırlığı var. Kimin başında çatlayacaq, onu bilmirik. Bəlkə də dünya dağıldı, heç bilmədik...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR