İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Səfərlinin əmlakları geri qaytarıla bilər - VİDEO

548 28.03.2023 14:14 Son xəbər A A

Ali Məhkəmə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq rəhbəri Vüqar Səfərlinin təqsirsiz olması ilə bağlı bəraət verilməsi barədə və müsadirə edilmiş əmlaklarının qanunsuz müsadirəsi ilə bağlı kasassiya şikayətini əmlaklar hissəsində təmin edib.

Musavat.com xəbər verir ki, bu barədə Baku TV-nin süjetində bildirilir.

Sözügedən hissədə apelyasiya məhkəməsinin qərarı ləğv edilib.

Əmlak hissəsi araşdırılması üçün apelyasiya məhkəməsinə göndərilib.

V.Səfərlinin bəraət verilməsi ilə bağlı şikayəti isə təmin edilməyib.

Xatırladaq ki, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. O, 2021-ci il yanvarın 14-də həbs olunub.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR