İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodinin yeni G-8 ittifaqına münasibət- Professor Saleh Məmmədovun yazısı

1432 13.06.2022 17:20 İqtisadiyyat A A

İqtisad elmləri doktoru, professor Saleh Məmmədov Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə cavab yazısı ilə çıxış edib. 

Musavat.com Saleh Məmmədovun "Yeni Müsavat" Media Qrupuna göndərdiyi sözügedən yazını təqdim edir: 

 

Volodinin uydurmaları əsil faşist psixologiyasına xas olan təbliğat metodlarına əsaslanır. Qətiyyən reallıqla heç bir əlaqəsi yoxdur.

 

G7 Ölkələri

ÜDM-trilyon dollar

Yeni təklif olunan G8 ölkələri

ÜDM trilyon dollar

1

ABŞ

22,2

1

Çin XR

15,5

2

Böyük Britaniya

2,9

2

Hindistan

3,3

3

Kanada

1,8

3

Rusiya

1,7

4

Almaniya

4,2

4

İndoneziya

1,2

5

Yaponiya

5,5

5

Braziliya

2,1

6

İtaliya

2,1

6

Meksika

1,3

7

Fransa

2,9

7

Türkiyə

0,81

 

 

 

8

İran

0,49

 

Cəmi

41,6

 

Cəmi

26,4

 

Əvvəla, tamamilə uydurma rəqəmlər götürüb ictimaiyyəti aldadır. Onun xəyalına gətirdiyi G-8-in ümumi daxili məhsulu (ÜDM) hətta G-7-nin tərkibinə daxil olan ingilis dövlətlərinin ÜDM-si qədər deyil. ABŞ, Böyük Britaniya və Kanada hər üçü ingilis dövlətləri qrupuna aiddir və üçünün ÜDM həcmi 26,9 trilyon dollar təşkil edir ki, bu da 400 milyard dollar uydurulan G8-dən (UG-8) çoxdur.

Digər tərəfdən, Çin XR çıxmaqla, UG-8 ÇXR çıxdıqda yerdə qalan ölkələrin hamısının bir yerdə ÜDM göstəricisi yalnız ABŞ-ın ÜDM-nin yarısı qədər də deyil. Bütün dünya bilir ki, Rusiyanın da daxil olduğu kommunizmi çökdürən ÇXR oldu. Li Kuanın planı ilə ÇXR kommunist düşərgəsindən ayrıldı, ABŞ və Avropa kapitalı ilə bu ölkədə mükəmməl bazar iqtisadiyyatı quruldu və bununla SSRİ başda olmaqla kommunizm çökdürüldü. Xalqlar azadlığına qovuşdu. Çinin sürətli inkişafı bu gün də ABŞ kapitalı ilə mümkün oldu və bu gün də ÇXR iqtisadiyyatına azacıq zərər verə biləcək hər hansı addımdan qəti çəkinir və heç vaxt hər hansı radikal addım atmayacaq. Əgər hər hansı səhvə yol verərsə, ABŞ kapitalı və arxasınca Avropa, Yaponiya kapitalı çıxa bilər. Bu da sürətli inkişafın Rusiya ssenarisinə gətirib çıxara bilər. Əgər Çin də Rusiya kimi iqtisadi siyasət yürütsəydi, bu ölkə çoxdan sıradan çıxa bilərdi. Digər tərəfdən, bu gün Rusiyanın məğlubiyyətini və ümumiyyətlə, parçalanmasını ABŞ və Avropadan daha çox istəyən ÇXR-dir. Rusiyanın dağılmasından ən çox faydanı görən də ÇXR olacaq.

UG-8-ə daxil edilən ölkələrdən daha qüvvətlisi Türkiyədir. Hazırda Türkiyə G-7 ən etibarlı müttəfiqidir, bu ölkə iştirak etmədən dünyanın heç bir ciddi problemi həll olunmur. Rusiyanın yüz illərlə işğal altında tutduğu, ağır istismara uğratdığı xalqların daha çoxu Türk xalqlarıdır. Bu torpaqlar da Uzaq Şərqdən Sibirə, oradan Qafqazlara qədər, üstündə müharibə gedən Krım da türk torpaqlarıdır. Volodin düşünürsə, Türkiyə və Türk xalqları bu müsibətləri ona bağışlayacaq, kökündən yanılır. Türkiyə dağılacaq qəddar  imperiyadan qardaş xalqlarının  azad olmasını istəyir, bu qəddar imperiyanın tarixi və beynəlxalq cinayətlərinə ortaq olmağı yox. Bunu tarix təsdiqləyəcək: Kim Rusiyaya dəstək verirsə, o, Rusiyanın bu dəhşətli və ağır, 21-ci əsrdə analoqu olmayan cinayətlərinə ortaq olmuş olur. Zənn etmirəm ki, sadalanan bu dövlətlərin hər hansı  biri bu cinayətə ortaqlığa razılıq versin.

Ümumiyyətlə, Rusiyanın təbliğat maşını, yalan uydurma texnologiyası aktiv olsa da, gerizəkalı orta əsrlər insanına hesablanmışdır. Gah nüvə texnologiyası, gah sarmat, gah analoqsuz silahları ilə bütün bəşəriyyəti hədələyir. Bu ölkənin elmi-texnoloji inkişaf nəticələri göstərir ki, Rusiya imperiyası dərin və geri dönüşü imkansız olan  reqresdədir. Törətdiyi ağır bəşəri cinayətlər isə bütün dünyanı Rusiyaya qarşı yönəltmişdir. Rusiya qədər bütün bəşəriyyət üçün ikinci böyük təhlükə yoxdur.

Rusiyanın bütün dünya üzrə müasir silah üstünlüyünə gəldikdə isə yalnız Rusiyanın elektron, maşınqayırma, aviasiya və s. sənaye sahələrini ABŞ, ÇXR, Böyük Britaniya, hətta Yaponiya, C. Koreya, Sinqapurla müqayisə etmək lazımdır ki, hər şey aydın olsun. Nəticə həm gülməli və həm də Rusiya üçün acınacaqlı alınacaq. Bir normal telefon və ya inteqral sxem, çip, hətta adi avtomobil  istehsal edə bilməyən ölkə hansı üstünlüklərdən danışa bilər. Volodinin G-8 ittifaqı eyni ilə bu ağ yalanlar, qorxu təbliğatı üzərində qurulub.

Dünya ictimaiyyəti belə nadan düşünənləri dərhal aradan qaldırmasa cəmiyyətə bunlar daha böyük zərərlər vura bilər.

Dərin hörmətlə,

Prof. iqtisad elmləri doktoru Saleh Məmmədov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR