İnsanlara hürriyət, millətlərə istiqlal!

Virusa görə həyəcan təbili: 100 məktəbdə karantin elan edildi

1564 20.09.2023 21:45 Region A A

Rusiyanın Saratov vilayətində qrip və kəskin respirator virus infeksiyalarının (KRVİ) yayılması ilə əlaqədar həyəcan təbili salınıb. Belə ki, 17 məktəb və bir uşaq bağçası karantinə bağlanıb. Bundan başqa, üç uşaq bağçasında dörd qrup, həmçinin 83 məktəbdə 344 sinif qismən bağlanıb.

Bu barədə regional Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şöbədən əlavə ediblər ki, son bir həftə ərzində rayonda 11 mindən çox KRVİ halı qeydə alınıb. Yerli mütəxəssislər xəbərdarlıq edirlər ki, kəskin respirator virus infeksiyaları herpes, kandidoz və gingivit kimi ağız xəstəliklərinin inkişafına səbəb ola bilər.

Məlumata görə, virusa yoluxma ağızda qızartı, qaşınma şəklində özünü göstərir, selikli qişalarda isə ağ ərp və ya şişkinlik nəzərə çarpır. KRVİ-nin başqa bir əlaməti, immunitetin düşməsi fonunda herpes virusunun inkişafı ilə əlaqədar selikli qişada və dodaqların qırmızı sərhədində qabarcıqların yaranmasıdır.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR