İnsanlara hürriyət, millətlərə istiqlal!

vİRAN fakt qarşısında!

988 08.02.2023 11:03 Yazarlar A A

Fars-molla rejiminin paytaxtı Tehran şəhərində Azərbaycan Respubli­kasının səfirliyinə terror aktının həyata keçirilməsi ilə bağlı yeni videosübutlar yayılıb. Bu təkzibolunmaz materiallar fars-molla rejimi və rejimin əməlini ört-basdır etməyə qalxışanlar üçün əsil soyuq duş effekti yaradıb. Onsuz da, ilk günlər ictimailəşdirilmiş videomateriallar ağlı başında olanlar və ədalətli insanlar üçün yetərliydi.

Çünki fars-molla rejiminin gələnək-görənəklərinə az-çox bələd olanlarçün şübhə, sual yoxuydu ki, bu, rejimin “əl işi”dir, bədnam təcürbəsidir, çirkin gələnəyinin növbəti çirkin təzahürüdür. Ancaq Tehran rejimini təmizə çıxarmaqçün “saman çöpü”ndən yapışmağı dəxi uyğun görənlər, ilk növbədə rejim rəsmiləri işi bir dəlinin yapdığı olaya, “oldu-bitdi”yə çevirmək istəyirdi. Çı! Olmadı da, bitmədi də! Buyurun, yeni yayılan videosübutlardan sonra da deyin ki, dəli olan təkcə əli avtomatlı, tapançalı, gopullu, “Molotov kokteyl"li terrorçu Yasin Hüseynzadə deyil, Səfirlik önündəki fars polisi də, qıraqdan gələn (terrorun qarşısını almaq yerinə aradan çıxan) polis arabasındakılar da, Yasinin qanlı əlini qaldıraraq salam yolladığı (işarə elədiyi) qıraq-başdakı “müşahidəçi”lər də topyekun dəlidir. Dəli yığıncağımı təşkil etmisiz, yoxsa, “diplomatik şəbeh”mi çıxarırsınız, nədir?

Fars-molla rejimi ictimailəşmiş yeni videosübutlardan sonra da, dəli-məli oyunu oynayacaqsa tam qeyri-ciddi “dövlət” olduğunu bəyan etmiş olacaqdır. Ləyaqətli dövlət, etibarlı dövlət məsuliyyətli davranar, beynəlxalq hüquq normalarına sayğı duyar, bekara hisslərdən arınmağı bacarar və hikkəsinin qurbanı olmaz. Özü də, əgər rəhbərinin sözü imzası qədər keçərli olan müstəqil respublikaya münasibətdə özünü lağlağı yerinə qoyursansa, bu, əlbəttə, elə öz başında çatlayacaq. Ya Müstəqil, Qalib Azərbaycan həqiqəti ilə ya da vİran olmaqla barışmalısan! Necə deyərlər, “iki yoldan birini seç”!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 P.S. Bu arada, Xoyda baş vermiş (o qədər də güclü olmayan) zəlzələdən zərər çəkən azərbaycanlıları qışın oğlan çağında çölün düzündə ac-susuz qoyan və də Türkiyənin, Azərbaycan Respublikasının humanitar yardımlarını qəbul etməyən rejim, Türkiyənin Qəhrəmanmaraş və digər vilayətlərində baş vermiş güclü zəlzələlərdən zərər çəkənlərə necə ləyaqətlə diqqət-qayğı göstərdiyini, tərəqqipərvər bəşəriyyətlə birgə hansı real addımlar atdığını görür də utanırmı? Görür və utanmırsa, vİran olasıdır yoxsa yox?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR