İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsinə aid VİDEOlar yayıldı, soydaşlarımıza PUL TƏKLİF edildi - müharibə başlasa... - SENSASİYA

4368 02.09.2023 21:58 Gündəm A A

Son 2 gündə ermənilər əsasən rusdilli teleqram kanallarında ciddi şəkildə informasiya çirkliliyi yaratmaqda və kütləvi şəkildə dezinformasiyalar yaymaqdadırlar. Bu zaman 2 başlıca hədəf əsas olaraq götürülür:

1. Erməni auditoriyası üçün verilən mesajlar əsas bu məzmundadır: "2020-ci il deyil və biz güclənmişik", "bu iki gündə düşmənə ciddi itki yaşatmışıq, müharibə başlasa, məğlub olacaqlar".

2. Azərbaycan auditoriyası üçün - həmişəki kimi panika, qorxu, çaşqınlıq yaratmaq, sosial media seqmentimizə dezinformasiyalar sızdırmaq.

Təbii ki, bu zaman hər iki auditoriyaya təsir etmək məqsədi ilə populist çağırışlar və "erməni şizofreniyası" adlı tibbi xəstəliyin (ki, bu xəstəlik 20-ci əsrin əvvəllərindən tibb elminə məlumdur və bu xəstəliyi iki alman alimi kəşf edib) göstəricilərinə uyğun olaraq fantastik və əsassız uydurmalara yer verməkdədirlər.

Lakin bununla qalmırlar. Yaratdıqları bilgi çirkliliyinin təsirini artırmaq üçün 2020-ci il 44 günlük Vətən müharibəsi və ya Ukrayna-Rusiya müharibəsinə aid video kontentləri dünənin və ya bu günün çəkilişləri kimi yaymaqdadırlar.

Doğrusu, məni bu çəkilişlərə bəh-bəhlə baxan, buna inanan (və ya şizofreniyanın əsas əlamətlərindən biri olaraq özlərini olmayan nəyəsə inandıran) və bu inancın təsiri altında paranoyal kommentlər yazan xəstə haylar maraqlandırmır.

44 günlük müharibə zamanı bu nağıllara inana-inana "taktiki geriçəkilmələr" etmirdilərmi?

Məni öz soydaşlarımız maraqlandırır. Heç bir halda bu cür feyklərə inanmaq və onları yaymaq olmaz.

Başqa bir məqam ermənilərin soydaşlarımıza video və foto çəkilişlər müqabilində pul mükafatları vəd etmələri ilə bağlı rusdilli teleqram kanallarında kütləvi çağırışlar etmələridir.

Bir daha təkrar edirik: düşmən bizə qarşı informasiya müharibəsi aparır. Bu məqsədlə hər alçaqlığa, yalana və manipulyasiyalara əl atırlar. Bir daha xahiş edirik: texnika və canlı qüvvələrimizlə bağlı hər hansı video-foto çəkilişlər paylaşmayın.

Haqq bizik, Haqq bizdədir, HAQQ bizimlədir!
Qarabağ Azərbaycandır!

vuqar ziferoglu.jpg (212 KB)

Vüqar Zifəroğlu, Yaxın Şərq ölkələri üzrə ekspert

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR