İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi zamanı kiberhücumlarla bağlı AÇIQLAMA

1183 23.12.2022 12:27 Texnologiya A A

"44 günlük Vətən müharibəsi zamanı 4 erməni kiberbatalyonu Azərbaycanın informasiya resurslarına kiberhücumlar həyata keçirib".

Musavat.com xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov jurnalistlərlə görüşündə deyib.

O qeyd edib ki, dezinformasiya xarakterli informasiyalar da aktiv istifadə olunan hücumlardan olub.

Xidmətin idarə rəisi əlavə edib ki, hazırda "gov.az" domen zonasında dövlət qurumlarına aid 730 domen və 1310 subdomen var: "Hakerlər "gov.az" domeninə oxşar saxta domenlər hazırlayıb. Həmin 730 domen adına bağlı informasiya ehtiyatlarının 540-ı hazırda XRİTDX data mərkəzində ödənişsiz olaraq saxlanılmaqdadır. Bu vaxta qədər "gov.az" domeninin 40-a qədər oxşarını hazırlayıblar və biz onun bloklanmasını həyata keçirmişik".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR