İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuelanın gələcəyi ilə bağlı ŞOK AÇIQLAMALAR - “Tramp buna da nail olacaq”

982 07.01.2026 18:52 Dünya A A

Son günlərdə Venesuela neftinin taleyi bütün dünyada ciddi şəkildə müzakirə olunmaqdadır. Buna səbəb bu ölkənin rəhbəri Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə “oğurlanaraq” Birləşmiş Ştatlara gətirilməsi oldu.

Artıq bu müəmma çözülməyə başlayıb. Belə ki, Tramp administrasiyası ilə əldə olunmuş razılaşmaya əsasən, Karakasın müvəqqəti hökuməti ABŞ-yə 30-50 milyon barel nefti təhvil verməyə razılıq bildirib, bu da təxminən 2 milyard dollarlıq ticarət dəyərinə malikdir.

Bu barədə Ağ Ev sahibi Donald Tramp “Truth Social” platformasında yazıb.

Heç şübhəsiz ki, bu razılaşma bir tərəfdən Vaşinqtonun sanksiya kampaniyasının şərtlərini yumşaldır, digər tərəfdən Karakasda Maduronun hakimiyyəti və neft gəlirlərinin taleyi ətrafında ciddi siyasi narahatlıqlar doğurur.

ABŞ bununla istəyinə tam olaraq çatdımı?

SAHBAZİ.jpg (84 KB)

Politoloq Çingiz Şahbazi Musavat.com-a açıqlamasında bildirib ki, bu, normal enerji ticarəti hesab oluna bilməz:

“Bu, hakimiyyət boşluğu səbəbindən Venesuela məhkəməsinin verdiyi qərarla müvəqqəti prezident postuna gətirilmiş ölkənin keçmiş vitse-prezidenti Delsi Rodriqes və ABŞ prezidenti Donald Tramp arasında xüsusi və strateji razılaşmadır. Əslində belə bir razılaşmanın meydana gəlməsi məlum səbəblərə söykənir və son dərəcə geniş geosiyasi, iqtisadi və enerji strategiyası kontekstində cərəyan edən proseslərdir. Bu razılaşma sadəcə neft ticarəti olaraq qəbul edilməməlidir. Arxasında böyük siyasi oyunların olduğu heç kimə sirr deyil. Bu baxımdan bu hadisəni də ABŞ-nin növbəti siyasi əməliyyatı olaraq yozmaq olar.

Maduronun zamanında Venesuela xalqı çox çətinliklər içində və zor şərtlər altında yaşayıb. ABŞ prezidenti Donald Tramp əldə olunan neft gəlirlərinin bir hissəsini xalqın rifahının yaxşılaşdırılması istiqamətində xərcləyəcəyini bəyan edib və neft gəlirlərinə özü nəzarət mexanizmi olaraq nəzarət edəcəyini açıqlayıb. Bu, heç şübhəsiz ki, Venesuela xalqının olub- bitənlərdən dolayı etimadını qazanmaq kimi məqsədlərə xidmət göstərən qərarlardır.

ABŞ bu kimi addımlar atmaqla təkcə iqtisadi baxımdan deyil, həm də geosiyasi nəticələrin təhlilini aparır. Venesuela neftinin Çindən ABŞ-yə tərəf yön dəyişməsini, əlbəttə ki, Tramp hakimiyyətinin strateji uğuru olaraq qiymətləndirənlər də az deyil və bu addım hərçənd ki, ABŞ-nin rəqibləri üzərində təsir mexanizmini gücləndirmiş oldu.

ABŞ və onun prezidenti Tramp nə qədər dünya mətbuatında və dünya ictimaiyyəti tərəfindən tənqid olunsa da, bu onun rəqibləri önündə uğur qazanmasına mane olmur. Çin Venesuela neftinin əsas alıcısı olub və xüsusilə də 2020-ci ildə ABŞ sanksiyaları fonunda bu ticarət daha da yüksək səviyyədə təşkil olundu. Hazırkı mövcud durum Çin-ABŞ münasibətlərində gərginlik yarada bilər və zaman keçdikcə qlobal enerji balansına öz təsirini göstərəcək. Baş verənlər Venesuela üçün alıcı diversifikasiyası olaraq qəbul edilə bilməz. Çünki məlum hadisələr fonunda baş verənlər bunu deməyə əsas vermir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR