ABŞ bu il yanvarın əvvəlində Venesuelaya qarşı keçirdiyi əməliyyatın xərclərini artıq 28 dəfə geri ödəyib.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatında iqtisadi məsələlərlə bağlı çıxışında deyib:
"Hazırda Venesueladan çoxlu pul qazanırıq... və bu müharibəni qazanmaq üçün bizə düz 48 dəqiqə lazım oldu... Və biz artıq müharibənin xərclərini 28 dəfə, bəlkə də daha çox, amma ən azı 28 dəfə geri ödəmişik. Biz artıq müharibənin bütün xərclərini geri ödəmişik, çünki oradan milyonlarla barel neft almışıq".
Musavat.com






