İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaşinqton Post": "Çin səsdən sürətli PUA-ları istifadəyə verə bilər"

1575 19.04.2023 16:47 Son xəbər A A

Çin ordusu səsdən üç dəfə sürətli olan və yüksək hündürlükdə kəşfiyyat apara bilən pilotsuz aparatlar istifadə edə bilər.

AzVision.az xəbər verir ki, bu barədə "Vashington Post" Pentaqonun internetə sızan sənədlərinə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, Çin ordusunun texnoloji uğurları xeyli təccüb doğurur və heyrətləndirir. PUA-ların yeni raketləri isə Tayvan ətrafındakı ABŞ hərbi gəmilərini və yaxınlıqdakı ABŞ hərbi bazalarını hədəfə ala bilər.

Nəşr onu da yazıb ki, ictimaiyyətə açıqlanan gizli sənədlərdə Şanxaydan 500 km kənarda olan Çin aviabazasında iki WZ-8 reaktiv kəşfiyyat aparatını əks etdirən peyk şəkilləri də yer alıb. Ehtimal edilir ki, həmin aparatlar mümkün münaqişə zamanı raket zərbələri endirmək üçün və real xəritə, məlumatlar toplamaq üçün nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR